Modern.az

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək

25 Sentyabr 2018, 14:28

Bakı Şəhər Halqası Akademiyası oktyabrın 5-də gənclərə dəstək olmaq üçün karyera yarmarkası təşkil edəcək. Bununla əlaqədar olaraq Akademiya böyük məmnunniyyətlə  karyera yarmarkasına qeydiyyatın başlanıldığını elan edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlər və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edəcəklər. Eyni zamanda yarmarkanın keçirildiyi müddətdə peşəkar təlimçilər tərəfindən gənclər üçün müxtəlif mövzularda master klasslar keçiriləcəkdir. Master klasslar düzgün CV hazırlamağın yolları, müsahibəni uğurla keç, öz karyeranı qur və bu kimi başqa mövzuları əhatə edəcək.         

Karyera yarmarkasında iştirak bütün gənclər üçün nəzərdə tutulub və aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçmələri xahiş olunur. Akademiya iştirakçı yerləri məhdud olduğuna görə gənclərə qeydiyyatdan keçməyə tələsməyi tövsiyyə edir.

//docs.google.com/forms/d/e/1FAIpQLSeCv_dVphWsk31VruRfyJ_yhZXn6qMqh2daKHuxKb23Uqx_3A/closedform

Daha ətraflı məlumatı 012 404 13 83 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Qeyd edək ki, tədbirdə iştirak edən şirkətlər həm təcrübə proqramları, həm də vakansiyalarına 1-ci kurs tələbələrini qəbul edəcəklər.

Bakı Şəhər Halqası Akademiyası Formula 1 Azərbaycan Qran Pri yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin daxilində fəaliyyət göstərən akademiyadır. Akademiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığında iştirak edən könüllülərin və gənclərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə yaradılıb.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır