Modern.az

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandır”

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandır”

25 Sentyabr 2018, 15:23

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda İran prezidenti Həsən Ruhani haqda fikir bildirib.

 

Modern.az xəbər verir ki, Tramp öz “Twitter” hesabında Ruhanini gözəl insan adlandırıb.


O, həmçinin İran prezidenti ilə görüşmək niyyətinin olmadığını da qeyd edib.

 

“Mənim hazırda İran prezidenti Həsən Ruhani ilə görüşmək niyyətim yoxdur. Bəlkə gələcəkdə. Mən əminəm ki, o, gözəl insandır” – Tramp yazıb.

 

Qeyd edək ki, Tramp sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü Qurultayı çərçivəsində özünün sədrlik edəcəyi İranla bağlı görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır