Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Heydər Əliyev Mərkəzində olub.
Modern.az xəbər verir ki, ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Monqolustan Prezidentinin böyük marağına səbəb olub. Ali qonağın diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçilik, irs, nailiyyətlər" adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Xaltmaaqiyn Battulqa Mərkəzdə "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqada xoş təəssürat yaradıb.
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
Nazirliyə “Uğur-2018” mükafatı verildi
Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb - VİDEO
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat
Azərbaycan Dillər Universiteti məhkəməyə müraciət edəcək
Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI
Almaniya Qarabağ separatçılarına silah satıb? - FOTO
Sumqayıtda yeni iş yerləri açılacaq - Prezident anons etdi
“Quş qripi” ilə bağlı monitorinq keçiriləcək
Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib
YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”
Baş Prokurorluq işə qəbul elan etdi
Yas məclisini idarə edən molla pul almalıdırmı?
Sumqayıta 3 milyon manat ayrıldı
Prezident çox ciddi islahatlara gedir
Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI
Ucarda heyvanlar xəstəliyə qarşı peyvəndlənir
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”
Putin Ərdoğana etibar edir
Təxribatlara qarşı vahid mövqe nümayiş etdirmək lazımdır
Vətənə tən daş...
Çörək bahalaşacaq? - Nazirdən AÇIQLAMA
Bertold Brext Azərbaycan dilində
Fermerlər iki günlük təlimdə nə öyrəndilər?
Şərh yaz