Modern.az

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb

25 Sentyabr 2018, 17:19

Efiopiyada polis etnik toqquşmalarda iştirak etmiş insanların hamısını həbs edib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, indiyə kimi 28 nəfərin ölümünə səbəb olmuş və 3 gündavam etmiş toqquşmalarda 1200 nəfər polis tərəfindən saxlanılıb.

Toqquşmalar ölkənin Oromiya bölgəsində qeydə alınıb.

 

Sentyabrın ortalarında bölgənin yerli əhalisi bir vaxtlar terrorçu qruplar siyahısına daxil olan “Oromo Azadlıq Cəbhəsi” təşkilatına dəstək üçün küçələrə çıxıb. Daha sonra yerli əhali ilə oraya gəlmiş gənclər arasında toqquşmalar başlayıb və 3 gün bu toqquşmalar davam edib.

Yerli polis bu vaxt ərzində 28 nəfər qətl edildiyini bildirib.

 

Saxlanılanların ölkənin cənub-qərbindəki hərbi təlim lagerlərinə göndərildiyi qeyd edilir.

Burada onlar reabilitasiya keçəndən sonra buraxılacaqlar.

 

Qeyd edək ki, avqusta Efiopiya hökuməti və “Oromo Azadlıq Cəbhəsi” təşkilatı arasında barışıq imzalanıb. Bu vaxta kimi bu təşkilat ölkə ərazisində terror təşkilatı kimi tanınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi