Modern.az

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

25 Sentyabr 2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri yaxın illər ərzində istehsal oluna bilər. Modern.az xəbər verir ki, bunu “RİA Novosti-yə "Lobaev Arms" şirkətinin təsisçisi və baş konstruktoru Vladislav Lobayev bildirib.

 

O bu mövzunu diqqətlə öyrəndiklərini vurğulayıb: "Düşünürəm ki, müəyyən dövlət dəstəyi ilə artıq təqribən bir il ərzində başlanğıc uçuş sürəti saniyədə 2 min metr olan snayper gülləsi yaratmaq mümkündür. Bu, artıq hipersəsli deməkdir".

 

Mütəxəssis belə güllələrin yüksək dəqiqlikli snayper silahlarına lazım olduğunu vurğulayıb: "Bu, yeni uzaqlıq səviyyəsini və sərrast nişanalmanı təmin edəcək".

 

Qeyd edək ki, əksər müasir snayper tüfənglərinin gülləsinin başlanğıc sürəti saniyədə 1200 metrədək olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır