Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

25 Sentyabr 2018, 23:56

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 82,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,85 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 81,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 78,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 24-də 80,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi