Modern.az

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

26 Sentyabr 2018, 00:43

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Oka" markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində avtomobilin 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir