Modern.az

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

26 Sentyabr 2018, 09:38

ABŞ müdafiə naziri Ceyms Mettis Rusiyanın ölkəsi üçün Çin və Şimali Koreyadan daha təhlükəli olduğunu bildirib.

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Mettis Rusiyadan gələn əsas təhlükənin onun nüvə potensialı olduğuna diqqət çəkib.

“Əgər xarici təhlükəyə diqqət yetirməli olsaq burada əsas olan Rusiyadan gələn nüvə təhlükəsidir. Ondan daha əz təhlükə kəsb edən Çin və Şimali Koreyanı da unutmaq olmaz. Amma Şimali Koreya onlardan ən aktual olmayanıdır” – Pentaqon rəhbəri bildirib.

Onun sözlərinə görə nüvə təhlükəsindən hazırda çox az danışılır.

“Amma bu çox real təhlükədir. Və bizə onunla mübarizə üçün addımlar atmaq lazım gəlir. Bu sahəni cilovlamaq lazımdır, çünki, bu müharibədə qalib gəlmək mümkün deyil və onun baş verməsinə imkan vermək olmaz” – Mettis bildirib.

Qeyd edək ki, hazırda dünyada olan nüvə silahlarının 95 faizi ABŞ və Rusiyanın əlindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir