Modern.az

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

Aktual

26 Sentyabr 2018, 10:08

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 108 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?