Modern.az

MDB ölkələrindən axtarışa verilən terrorçuların SAYI

MDB ölkələrindən axtarışa verilən terrorçuların SAYI

26 Sentyabr 2018, 11:58

MDB-nin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov 9 min nəfərin axtarışda olduğunu bildirib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, axtarışda olanların 5 mininin terror qruplaşmalarında fəaliyyət göstərmiş muzdlular olduğu qeyd edilib.

 

“Sentyabr ayına görə hazırda MDB məkanında terror və ekstremist xarakterli hərəkətlərə görə 9 min nəfər dövlətlər arası axtarışdadır. Onlardan 5 min nəfəri qanunsuz silahlı birləşmələr və beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrdə fəaliyyət göstərmiş muzdlulardır” – Novikov bildirib.

 

Onun sözlərinə görə 2015-ci ildən bəri axtarışda olanlardan yalnız 83 nəfər həbs edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir