Modern.az

Gənc iqtisadçılar yarışır

Gənc iqtisadçılar yarışır

7 Dekabr 2009, 15:28

Eco.az iqtisadiyyat və biznes portalının “Bank of Baku”nun maliyyə dəstəyi ilə iqtisadi sahədə təhsil alan tələbələr arasında keçirdiyi "Gənc iqtisadçıların yarışmas;" adlı intellektual oyunun ikinci mərhələsinə start verilib.

Modern.az saytı xəbər verir ki, yarışmaya 25 komanda, hər komandada altı əsas və bir ehtiyat oyunçu olmaqla iki yüzə yaxın tələbə qatılıb. Birinci mərhələdən sonra mükafatlar uğrunda 15 komanda mübarizəni davam etdirir. 5 dekabrda start verilən ikinci mərhələdə hərəsində 5 komanda olmaqla 3 qrupda mübarizə gedir. Bu mərhələdə qalib gələn komandalar final mərhəlisinə adlayacaqlar. Qalib komanda müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan əlavə, yarışmada seçilən istedadlı tələbələr eco.az portalınının gələcək layihələrinə cəlb olunacaqlar. Hər bir mərhələnin sualları və nəticələri eco.az portalının forumunda yerləşdirilir. Yarışın Təşkilat Komitəsinin sədri Samirə Qafarovanın verdiyi məlumata görə, yarışmanın işinə ölkənin aparıcı biznes nümayəndələri və tanınmış iqtisadçı-ekspertlər də cəlb edilib: "Məqsədimiz iqtisadçı tələbələri ölkənin iqtisadi həyatına cəlb etmək, istedadlı gəncləri peşəkar mühitdə tanıtmaq, onlarda intellektual əməyə maraq oyatmaqdır". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir