16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək +
26.09.2018, 16:30

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Modern.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında  “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək tədbirlər barədə media nümayəndələrinə ətraflı məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, Mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq “İnnovasiyalar həftəsi”nin tərəfdaşları sırasında da yer alır. Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində gənclər yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı əldə edəcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov məlumat verib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, “İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.

Qeyd olunub ki,  "İnnovasiyalar həftəsi" çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət  qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. “Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, həm də mükafatlandırılacaq” - deyə R.Əzizov vurğulayıb.

Onun sözlərinə görə, "İnnovasiyalar həftəsi"ndə həm də “İdeyadan Biznesə”  layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin yarışacağı böyük final təşkil ediləcək.

 “Bundan başqa Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub. Ümumiyyətlə, bu həftə ərzində tədbirlərin siyahısı genişlənə bilər. Fürsətdən istifadə edib sahəyə aidiyyəti olan dövlət qurumlarını, maraqlı tərəfləri "İnnovasiyalar həftəsi" çərçivəsində tədbirlər keçirməyə dəvət edirik” - deyə şöbə müdiri əlavə edib.

 

Dünyanın ilk ağıllı robotu Azərbaycan milli geyimini geyinəcək

 

“İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri isə “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. Bu tədbir barədə daha ətraflı “Keepface” platformasının rəhbəri Emin Vəli məlumat verib.

 O, əvvəlcə, “influencer” sözünün mənasını açaraq bildirib ki, yaratdığı məzmunla geniş izləyici auditoriyası yığan, onları yönləndirmə və inandırma gücünə sahib şəxs və şəxslər qrupu influenserlər adlanır. E.Vəlinin sözlərinə görə,  influenserlər paylaşdıqları maraqlı, faydalı məzmunla yanaşı, sosial media və digər rəqəmli platformalar vasitəsilə hər hansı bir məhsul və ya xidmət barədə təcrübələrini təqibçiləri ilə bölüşərək tanıtma, eləcə də satışın artırılması ilə məşğul olurlar. “Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək. Yeri gəlmişkən, qeyd edim ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, “CAMCA network” tərəfindən dəstəklənir. “UBM”, “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün sponsorları “Astrolabs”,  “Azersun”, “Azgranata”, “SATGroup”, “PWC”, “Roof Academy”dir. “Qlobal İnfluenser Günü” tədbirinin biletləri “iTicket.az” satış məntəqələri və saytında satılır” - deyə E.Vəli vurğulayıb.

“FA International Trade Events”in rəhbəri Nail Babayev “Qlobal İnfluenser Günü”nün təşkilatçılarından biri kimi, tədbirin ən maraqlı qonağı olan dünyanın insanabənzər ilk robotu - “Sofiya” barədə danışıb. O bildirib ki, “Sofiya” indiyədək 40 ölkəyə səfər edib.

“Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində siz “Sofiya”nı Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində izləyə biləcəksiniz”.

 “Qlobal İnfluenser Günü” çərçivəsində qeyd edildiyi kimi, müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan “influenser”lər qatılacaq.  Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq “influenser”lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, “İnnovasiyalar həftəsi” çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın”.

 

Döyüş və futbol idman növü üzrə “Baku Open Cyber Cup” kompüter oyunları  təşkil ediləcək

 

“Baku Open Cyber Cup” turniri barədə danışan Azərbaycan Kiber İdman Federasiyasının rəhbəri Ramil Əliyev deyib ki, turnirin məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. O bildirib ki, “Baku Open Cyber Cup” çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları  təşkil ediləcək.

“Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq” -  R.Əliyev vurğulayıb. 

Mətbuat konfransı sual-cavabla yekunlaşıb.

 


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI
16.10.2018, 15:02

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”
16.10.2018, 15:01

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16.10.2018, 14:47

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
16.10.2018, 14:44

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16.10.2018, 14:34

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Ermənistanda 3 yeni qubernator təyin olundu
16.10.2018, 14:26

Ermənistanda 3 yeni qubernator təyin olundu

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16.10.2018, 14:17

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Qərəzli mövqedən əl çəkin!
16.10.2018, 14:11

Qərəzli mövqedən əl çəkin!

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev
16.10.2018, 14:05

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16.10.2018, 14:03

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”
16.10.2018, 13:59

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 
16.10.2018, 13:53

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
16.10.2018, 13:48

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas

Bakıda 16 dilənçi saxlanılıb
16.10.2018, 13:42

Bakıda 16 dilənçi saxlanılıb

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”   
16.10.2018, 13:36

Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”  

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”
16.10.2018, 13:32

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər
16.10.2018, 13:20

MSK üzvlərinə diplomatik pasportlar verilə bilər

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi
16.10.2018, 13:13

Hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verildi

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri
16.10.2018, 13:06

“Deputatlar bu təklifə cavab tapa bilmədi” – Komitə sədri

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb
16.10.2018, 13:02

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ
16.10.2018, 12:56

Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ

Sabah hava necə olacaq? - PROQNOZ
16.10.2018, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK
16.10.2018, 12:52

“Haqqı olanlar kənarda qalıb” - Siyavuş Novruzovdan veteranlara DƏSTƏK

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16.10.2018, 12:49

Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi

Tramp Paşinyanla görüşəcək
16.10.2018, 12:46

Tramp Paşinyanla görüşəcək

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas
16.10.2018, 12:43

“Səfər Əbiyev bizi vecinə də almadı” - Aqil Abbas

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ
16.10.2018, 12:31

Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ÖDƏNİŞ

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi
16.10.2018, 12:25

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
16.10.2018, 12:20

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”

Cəbhədə monitorinq keçirilib
16.10.2018, 12:13

Cəbhədə monitorinq keçirilib

Milli Məclisin iclası başladı
16.10.2018, 12:09

Milli Məclisin iclası başladı

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi
16.10.2018, 12:03

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV
16.10.2018, 11:56

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib
16.10.2018, 11:54

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ
16.10.2018, 11:44

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı
16.10.2018, 11:37

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI
16.10.2018, 11:31

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq   
16.10.2018, 11:30

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq  

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI
16.10.2018, 11:28

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16.10.2018, 11:27

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

Bakıda soyğunçuluq edən saxlanıldı
16.10.2018, 11:21

Bakıda soyğunçuluq edən saxlanıldı

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu
16.10.2018, 11:16

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu

Zakir Həsənov sabah Çexiyaya gedir
16.10.2018, 11:13

Zakir Həsənov sabah Çexiyaya gedir

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır
16.10.2018, 11:10

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Ağsuda zəlzələ oldu
16.10.2018, 11:08

Ağsuda zəlzələ oldu

Axtarışda olan 37 nəfər saxlanıldı
16.10.2018, 11:03

Axtarışda olan 37 nəfər saxlanıldı

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 
16.10.2018, 11:01

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Azərbaycanda neft gəlirləri AÇIQLANDI
16.10.2018, 11:00

Azərbaycanda neft gəlirləri AÇIQLANDI

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI
16.10.2018, 10:51

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı
16.10.2018, 10:44

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı

ARXİV