Modern.az

"Rövşən Lənkəranski"nin Ukraynadan Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür

"Rövşən Lənkəranski"nin Ukraynadan Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür

Təhsil

7 Dekabr 2009, 15:47

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi cinayət aləmində “Rövşən Lənkəranski” ləqəbi ilə məşhur olan Rövşən Cəniyevin həbsi barədə məlumat yayıb. DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməiyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsi (Qəsdən adam öldürmə) ilə axtarışda olan Rövşən Cəniyev Ukraynanın Kiyev şəhərində tutulub. Hazırda onun ekstradisiyası üçün tədbirlər görülür.

Cinayət aləmində “Rövşən Lənkəranski” ləqəbi ilə məşhur olan Rövşən Cəniyev dekabrın 4-də Ukraynada saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi