Modern.az

Vahid tələbə biletləri HAZIRLANIR

Vahid tələbə biletləri HAZIRLANIR

27 Sentyabr 2018, 12:17

Azərbaycanda təhsil alan tələbələrə yeni tipli tələbə biletləri veriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.

Sənəddə bildirilib ki, tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında yeni tipli tələbə biletlərinin hazırlanması və ölkədə təhsil alan bütün tələbələrə təqdim olunması nəzərdən keçiriləcək.

Bu biletlər beynəlxalq standartlara (“International Student Identity Card” – ISIC standartlarına) uyğun olmalı, həm tələbəlik sənədi, həm də debet ödəniş kartı funksiyalarını özündə birləşdirməlidir.

İstər dövlət, istərsə də tədris müəssisələri tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir