Modern.az

“Avropa Çempionatı-2024”ə bu ölkə ev sahibliyi edəcək

“Avropa Çempionatı-2024”ə bu ölkə ev sahibliyi edəcək

Dünya

27 Sentyabr 2018, 17:32

Almaniya futbol üzrə 2024-cü ilin Avropa Çempionatına ev sahibliyi edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı seçim Almaniya və Türkiyə arasında olub.

 
UEFA prezidenti Aleksander Çeferin futbol üzrə Avropa çempionatına Almaniyanın ev sahibliyi edəcəyini elan edib.

Qeyd edək ki, UEFA Avropa çempionatının ənənəvi keçirilmə formatına qayıdıb. Belə ki, təşkilatçı rolunda bir ölkə (yaxud iki qonşu ölkə) çıxış edəcək.

Təşkilat iri turnirlərin və Avropa kuboklarının keçiriləcəyi yeri seçməyi ənənəvi olaraq icraiyyə komitəsinə həvalə edir. FIFA isə belə qərarları konqresin müzakirəsinə çıxarır və səsvermədə dünya futbol cəmiyyətinin bütün nümayəndələrini iştirakı təmin olunur.

2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi proseduru 3 hissədən ibarət olub. Əvvəlcə iki namizədin təqdimatı baş tutub (növbə püşkatma vasitəsilə müəyyən olunub). Təqdimatın gedişində hər iki assosiasiyanın nümayəndəsi videoçarx nümayiş etdirib və 15 dəqiqə ərzində suallara cavablandırıb. İkinci mərhələdə icraiyyə komitəsinin üzvləri Avropa Futbol İttifaqı administrasiyasının hər bir ərizə üçün hazırladığı qiymətləndirmə hesabatını alıb. Sonda səsvermə keçirilib.

Xatırladaq ki, Türkiyə bundan əvvəl, Avro-2008, Avro-2012, Avro 2016 və Avro-2020-yə də namizədliyini irəli sürmüşdü.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir