Modern.az

Bakıda 259 ailənin qaz təchizatı dayandırıldı

Bakıda 259 ailənin qaz təchizatı dayandırıldı

7 Dekabr 2009, 16:10

Bakı şəhəri Qaz İstismarı İdarəsi istifadə edilən təbii qazın dəyərinin ödənilməsi barədə abunəçilərə ünvanlanmış xəbərdarlıq başa çatdıqdan sonra Əzizbəyov, Xətai və Binəqədi rayonlarında təbii qaza görə borcu olan 279 abunəçinin mənzilinin qaz təchizatını dayandırıb.

Modern.az xəbər verir ki, məlumatı Dövlət Neft Şirkətindən bildiriblər.

Qaz təchizatı dayandırılmış abunəçilərin debitor borclarının ümumi məbləği 75 136,25 manat təşkil edir. Rayonlar üzrə debitor borcu olan abunəçilərin nəzərinə çatdırılıb ki, borcları ödənilmədiyi təqdirdə mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. 

Dövlət Neft Şirkətindən onu da bildiriblər ki, Yasamal rayonu 4-cü Nərimanov döngəsində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar dekabrın 7-də saat 12:00-dan 15:00-dək rayonun Hüseyn Cavid prospekti 546, 547, Ağayev küçəsi və İnşaatçılar prospektinə qazın verilməsində məhdudiyyət olub. Bundan əlavə, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Şimal DRES” Qaz Paylayıcı Stansiyasından Mayak ərazisinə gedən 159 mm-lik orta təzyiqli qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar dekabrın 8-də saat 10:00-dan 16:00-qədər Şüvəlan qəsəbəsi və Mayak ərazisində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra əraziyə qazın verilməsi bərpa olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi