Modern.az

62 mərtəbəli bank binası yandı

62 mərtəbəli bank binası yandı

27 Sentyabr 2018, 20:30

Küveytin paytaxtı bank binasında yanğın baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın Küveyt şəhərində inşa edilən mərkəzi bankın binasında başlayıb. 62 mərtəbəli binada baş verən yanğın sakinlərin təşvişinə səbəb olub.

 

Yanğının söndürülüməsi üçün 2 min 500 yanğınsöndürənin əraziyə cəlb edildiyi bildirilib.

 

Hadisə zamanı ölən, yaxud yaralananların olmadığı deyilib.

 

Qeyd edək ki, sözügedən bina tamamlandıqdan sonra hündürlüyü 298 metrə çatacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir