Modern.az

Mafioz atalarını doğrayan  bacılar azadlıqda - VİDEO

Mafioz atalarını doğrayan  bacılar azadlıqda - VİDEO

Dünya

28 Sentyabr 2018, 00:44

Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızından ikisinin azadlığa buraxılması barədə qərar qəbul edib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, kiçik Mariya və ortancıl Angelina hakim Yuliya Safinanın hökmü ilə azadlığa qovuşub.

 

Məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib və tərəflər etiraz etməyiblər.

 

Bildirilib ki, bacılara yaşayış yerini tərk etmək, tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacıların bir-biri ilə ünsiyyətdə olmağı, mobil telefondan və internetdən istifadəsi də 28 dekabra kimi yasaqlanıb.

 

Qeyd edək ki, Rusiyanın “Mash” teleqram kanalı da bacılardan böyüyü – Kristinanın da azadlığa çıxması barədə informasiya yayıb.

 

Xatırladaq ki, iyulun 27-də M.Xaçaturyan doğma qızları Angelina, Kristina və Mariya tərəfindən doğranaraq, qətlə yetirilib.

 

Qızları ataları tərəfindən daim psixoloji işgəncəyə məruz qaldıqlarını bildirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir