Modern.az

Tahir Mirkişili: “Azərbaycan artıq “Kosmik klub”un üzvüdür”

Tahir Mirkişili: “Azərbaycan artıq “Kosmik klub”un üzvüdür”

28 Sentyabr 2018, 08:51

Azəbaycan kosmosa 2-ci süni peykini göndərib. Bu, Azərbaycan iqtisadiyyatı üçün növbəti mühüm hadisədir. Milli Məclisin deputatı Tahir Mirkişilinin Modern.az-a bildirdiyinə görə, müasir dövrün şərtləri ondan ibarətdir ki, əgər bir dövlət daha güclü, daha müstəqil və daha perspektivli olmaq istəyirsə mütləq kosmik sənayeni inkişaf etdirməlidir.


“Çünki bu, eyni zamanda ölkələrin müstəqliyinin daha da güclənmədsi, müasirliyinin artması, informasiya təhlükəsizliyinin təmin olunması və bütövlükdə iqtisadiyyatın inkişafı üçün də çox mühüm şərtlərdən biridir. Azərbaycanın atdığı bu addım çox uzun müddətə hesablanıb və bu, strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq “Kosmik klub”un üzvüdür”.

 

Deputat deyib ki, bu, əslində Azərbaycan 3-cü peykidir ki, kosmosa göndərilib:

 

“Əvvəl “Azərspace-1”  süni peyki, daha sonra telekominikasiya sputniki havaya buraxılıb. İki gün öncə  göndərilən “Azərspace-2” süni peykinin isə əsas funksiyası “Azərspace 1” sputnikinin fəaliyyət göstərməsidir. Çünki texnologiyada belə bir tələb var ki, hər bir texnikanın ehtiyat sürəti olmalıdır. Birinci baş verə bilən hər hansı hadisəni sığortalamaq üçün hökmən texnologiya 2 hissədən ibarət olmaldır. “Azərspace 2” sputniki “Azərspace 1”in xidmətlərini daha dayanıqlı, daha uzun müddətli etməyə imkan verir. Eyni zamanda, müştərilərin “Azərspace 1” xidmətlərinə daha çox inanmasına xidmət edir. Təbii ki, bütün bunların içərisində Azərbaycanın əldə etdiyi gəlirlər də var. Azərbaycan bu gün sputnik xidmətləri ixracında valtuya əldə edir. Düşünürəm ki, “Azərspace 2”nin buraxılması bu cür xidmətlərdən Azərbaycanın daha çox gəlir əldə etməsinə səbəb olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər