Modern.az

“Nar” abunəçilərinin sayı – 2.1 milyon nəfər

“Nar” abunəçilərinin sayı – 2.1 milyon nəfər

Aktual

28 Sentyabr 2018, 13:23

“Nar” 2018-ci il üçün yarım ilin nəticələrini açıqlayıb. Modern.az xəbər verir ki, nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəriciləri əhəmiyyətli dərəcədə artırmağa nail olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə çatıb.

 

Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. Şəbəkə infrastrukturların genişləndirilməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində 380 ədəd 4G, 118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G baza stansiyası qurulacaq. Bununla da 2018-ci üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq.

 

Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, 37 bölgə “Nar” 4G şəbəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin cari dövrü ilə müqayisədə 3 dəfə artlb.

 

Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb. “Nar” cari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə satış üzrə 21%, səyyar satış komandasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən ilə artıran mobil operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib.

 

“Nar” korporativ müştətiləri üçün yeni sərfəli xidmətlər (smartfon, 4G data moderm və portativ internet daşıyıcısı) təklif edir. “Azerfon”MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib: “Biz bu il öz mövqelərimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla, şəbəkəmizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaşı, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq”.

 

Tədbir zamanı "Nar"ın loqotipi təqdim edilib. Yeni loqotip şirkətin təşkil etdiyi mətbuat konfransında təqdim edilib. Şirkət yeni loqosunu "Çünki daha çoxuna layiqsən"şüarı altında hazırlayıb. Yeni loqoda "Nar" brendinin əsas elementləri saxlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?