Modern.az

Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma

Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma

29 Sentyabr 2018, 00:38

Hindistanın müdafiə komitəsi 5,43 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Modi qərar verib.

 

Razılaşmaya əsasən Hindistan Müdafiə Nazirliyi Rusiyadan 2 il ərzində S-400 raket kompleksləri alacaq. 4 il ərzində isə artıq hava hücumundan müdafiə kompleksləri Hindistana gətiriləcək.

 

Qeyd edək ki, ABŞ hökuməti Moskvadan S- 400 və Su-35 təyyarələri alacaq istənilən ölkəyə sanksiya tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!