Modern.az

Britaniyada gecə klubunda naməlum maddə 40 nəfəri ZƏHƏRLƏDİ

Britaniyada gecə klubunda naməlum maddə 40 nəfəri ZƏHƏRLƏDİ

29 Sentyabr 2018, 12:17

Britaniyanın Bornut şəhərindəki “Cameo” gecə klubunda naməlum maddənin səpilməsi nəticəsində 40-a yaxın insan zərər çəkib.

Modern.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, zərərçəkənlər nəfəs problemləri, öskürək və gözlərdə yanğıdan şikayət ediblər.

Hüquq-mühafizə orqanları klubda səpilən maddənin “Siren” qazı ola biləcəyindən şübhələnir.

Ərazidə olan bütün şəxslər təcili şəkildə təxliyə edilib. Klubda olan insanların dəqiq sayı açıqlanmır, amma həmin gecə klubda 3 minə yaxın biletin satıldığı bildirilib.

Hadisə yerində işləyən mütəxəssislər kimyəvi zəhərlənmə və ya toksik hər hansı bir təhlükə aşkarlamayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!