Modern.az

Saakaşvili prezidenti vətənə xəyanətdə ittiham etdi

Saakaşvili prezidenti vətənə xəyanətdə ittiham etdi

Dünya

29 Sentyabr 2018, 12:20

Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu vətənə xəyanətdə ittiham etdi.

 

Modern.az “NewsOne” kanalına istinadən xəbər verir ki, sentyabrın 27-də Poroşenkonu ad günü münasibəti ilə təbrik edən Saakaşvili ona yaxşı vəkil arzulayıb və vətənə xəyanətdə ittiham edib.

 

“Poroşenkoya mən yaxşı vəkil tapmağı arzulayardım ki, onu Ukraynanın milyardlarla vəsaitinin yeyilməsində, öz sərvətini artırmaq üçün vəzifəsindən sui istifadə, Ukrayna xalqını aldatma və bəlkə də vətənə xəyanətdə müdafiə edə bilsin” – Saakaşvili bildirib.

O, Ukrayna prezidentinin öz dövlətinin ən görkəmli simalarından olmaq şansını “bir neçə milyard dollara dəyişdiyini” qeyd edib.

 

“O, Mazepa ya da Xmalnintskiydən də böyük ola bilərdi. O, Avropanın yeni Çörçili ola bilərdi. Mən onun ambisiyalarına inanırdım. Onunsa bir ambisiyası varmış - Bessarabiyadan biznesmen ambisiyası” – Saakaşvili bildirib.

 

Saakaşvili Poroşenkonun hakimiyyət illərini “Ukrayna xalqının böyük itkisi” adlandırıb.

Onun sözlərinə görə Ukrayna xalqı bu illəri hədər yerə itirib.

 

Saakaşvili Ukrayna xalqına bu anlaşmazlığı tezliklə aradan qaldırmağı arzu edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür