Modern.az

“Rusiyadakı obyektlərim bağlanıb, gəlir əldə edə bilmirəm” – Poroşenko

“Rusiyadakı obyektlərim bağlanıb, gəlir əldə edə bilmirəm” – Poroşenko

Aktual

29 Sentyabr 2018, 14:41

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyadan pul almadığını bildirib.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Rusiyadakı obyektlərinin bağlandığını və ona görə də bu obyektlərdən gəlir əldə etmədiyini bildirib.

 

“Poroşenkonun Rusiyada biznesi yoxdur və ola da bilməz” – deyə Ukrayna lideri bəyan edib.

 

Onun sözlərinə görə Rusiya Sevastopol dəniz zavoduna əl qoyub. De-fakto bu zavodun sənədləri Poroşenkonun əlində deyil, lakin, o bu zavodu öz illik bəyannaməsinə daxil etməyi davam etdirir.  Ukrayna lideri “bu obyekti işğalçılara vermək niyyətində deyil”.

Poroşenko Lipetsk qənnadı fabriki "Roşen"in də həbs altında olduğunu bildirib.

 

Ukrayna prezidenti həbs hadisəsinə görə bu obyekti sata və ya kiməsə verə bilmədiyini də qeyd edib. Onun sözlərinə görə bu müxalifətə ona qarşı Lipetsk zavodunu əsas vermək üçün edilib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkoya aid “Roşen” qənnadı fabriki özündə beş qənnadı obyektini birləşdirir. Bu fabrik il ərzində 350 növdə 450 min məhsul istehsal edib. 2015-ci ildə Rusiyada bu fabrikə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir