Modern.az

“Rusiya dünya düzənini sarsır” – Nazirdən İTTİHAM

“Rusiya dünya düzənini sarsır” – Nazirdən İTTİHAM

29 Sentyabr 2018, 15:03

Britaniya hakimiyyəti Brexit məsələsində Avropa və Britaniya danışıqlarının uğursuzluqla nəticələnməsində Rusiyanın maraqlı olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşrinə Britaniya xarici işlər naziri  Ceremi Hant danışıb.

 

O hadisələrin bu cür inkişafının dünyada stabilliyi pozacağını və bunun da Moskvanın maraqlarına uyğun olduğunu bəyan edib.

 

“Ruslar dünya düzənini sarsan hər şeyi dəstəkləyir. Elə buna görə də onlar nəyinki Brexit məsələsini dəstəkləyər, həmçinin, Brexit razılaşmasının baş tutmamasını da istəyərlər. Onlar Qərb koalisiyasını sarsıdan hər şeyi istəyirlər” – Hant bildirib.

 

O, həmçinin Rusiyanın 1970-1980-ci illərdəki kimi pis olmadığını, amma düzgün istiqamətdə hərəkət etmədiyini qeyd edib.

“Onlar beynəlxalq qaydalarda dəyişiklik etmək üçün fürsət axtarırlar və bunu tamamilə qəbuledilməz bir şəkildə həyata keçirirlər” – nazir bəyan edib.

 

Qeyd edək ki, bundan əvvəl Britaniya rəsmiləri Londonun Avropa Birliyindən ayrılmamış Rusiyaya qarşı Skripal hadisələrinə görə sanksiya tətbiq edə bilməyəcəyini xəbər verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər