Modern.az

Donetskdəki separatçı rejimin rəhbərliyinə namizədə sui-qəsd oldu

Donetskdəki separatçı rejimin rəhbərliyinə namizədə sui-qəsd oldu

29 Sentyabr 2018, 15:17

Ukraynanın Donetsk ərazisində separatçı rejimin başçılığına namizəd İqor Xakimzyanova qarşı sui-qəsd olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Xakimzyanovun da olduğu partiyanın binasında baş verən partlayışda özü və iki qadın da zərər çəkib.

Onun vəziyyəti ilə bağlı tam məlumat verilmir.

Qeyd edək ki, Donetskdəki qondarma rejimin bundan əvvəlki rəhbəri Aleksandr Zaxarçenko restoranda bombanın partlaması nəticəsində ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi