Modern.az

Skripal casusluğa belə başlayıb – görünməz mürəkkəblə məlumat ötürüb - FOTOLAR

Skripal casusluğa belə başlayıb – görünməz mürəkkəblə məlumat ötürüb - FOTOLAR

29 Sentyabr 2018, 18:05

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) eks-polkovniki Sergey Skripal haqda çıxarılmış Mark Urbanın yeni kitabında maraqlı faktlar öz əksini tapıb.

 

Modern.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, kitabda Skripalın Britaniya kəşfiyyatına iki dəfə görünməz mürəkkəblə məlumat ötürdüyü qeyd edilib.

 

Birinci dəfə bu hadisə Sergey Skripalın həyat yoldaşı Lüdmila qızı Yuliya ilə Alikantedə (İspaniyada şəhər) istirahət zamanı olub. Bu vaxt Lüdmila Sergeyin “köhnə dostuna” ondan kitab hədiyyə edib.

 

Bu “köhnə dost” Britaniya kəşfiyyatının əməkdaşı Riçard Beqnell idi. Müəllifin bildirdiyi kimi bu, içərisində görünməz mürəkkəblə qeydlər olan rus yazarın romanı olub.

 

Müəllif Skripalın “hədiyyəni” ikinci dəfə də öz arvadı Lüdmila vasitəsi ilə Malaqada (İspaniya) verdiyini bildirir.

Bütün bunlarla yanaşı, Urban Skripalın ona bu hadisələrdə arvadı Lüdmilanın heç nədən xəbər olmadığını da qeyd edir.

 

Kitabda bunlarla bərabər onun müəllifə öz həyatı barədə danışdığı bəzi məqamlarda yer alıb.

 

Skripal SSRİ dövründə xidmətə başladığından ittifaq dağıldığı zaman ölkəsinə qayıdır və sosialist andı olduğu üçün yeni demokratlara xidmət etmək istəmədiyini bildirir. Və buna görə QRU-ya istefa ərizəsi ilə gedir. Lakin “həmin an çox adamın artıq batan gəmini tərk etdiyi üçün” onun istefası qəbul olunmur.

 

Hələ ittifaq dövründə xaricdə xidmət aparan Skripal Rusiyada yaşamaq istəmədiyini bildirib.

“Mən hər zaman Rusiyadan kənarda həyat istəmişəm” – sabiq polkovnik qeyd edir.

 

Kitabda Skripalın ilk dəfə necə Britaniyaya işləməyə razılıq verdiyi anlar da göstərilib.

 

Belə ki, bu hadisə 1996-cı ildən başlayır. Bu vaxtlar Mİ6-nın əməkdaşı Riçard Benqell ilk addımlarını ataraq Madriddə onunla görüşür. Benqell özünü neft sahəsində işləyən iş adamı kimi tanıdır və Rusiyadan biznes şərik axtardığını bildirir. Onlar birgə bahalı restoranlarda yemək yeyir və müzakirələr aparırlar.

 

Rus “diplomatı” öz tərəfinə çəkmək üçün o, Skripal ailəsini “Flamenko” klubuna aparır və uşaqlara hədiyyələr verir. “Uşaqlar onu sevirdilər” – Skripal söyləyir.

 

Lakin kəşfiyyatçı olan Sergey onun casus ola biləcəyindən şübhələnir. Onun ABŞ-a işləyə biləcəyi Skripalı narahat edir. O əvvəldən ABŞ-a qarşı müsbət fikirdə olmayıb. Lakin, Britaniya başqa bir məsələ idi.

 

“Mənim Britaniya haqda fikirlərim çox pozitiv idi” – deyən Skripal bu işə getməsinin bir səbəbinin də “ingilisin evi onun qəsridir ideyası” olduğunu ifadə edir.

 

“Mən İspaniyaya gələndə artıq xarici həyat barədə düşünürdüm. Mən iş əlaqələri qurmaq, pul qazanmaq və bəlkə gələcəkdə QRU-dan istefaya getməyi planlaşdırırdım” – eks-polkovnik bildirib.

 

Beləliklə, Benqell ilə əlaqələri yaranıb və əvvəlcə etiraz etsə də sonradan buna razılıq verib. Bu onun üçün bir oyun kimi olub.

 

Qeyd edək ki, Sergey Skripal və qızı Yuliya Skripal bu ilin martında Solsberidə “Noviçok” maddəsi ilə zəhərlənib.

 

Sergey Skripal  son 30 ildə Britaniyanın Mİ6 idarəsinin Rusiya QRU-da ilk adamı idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu