Modern.az

Yaponiyada 760 aviareys təxirə salındı

Yaponiyada 760 aviareys təxirə salındı

29 Sentyabr 2018, 23:33

Yaponiyanın aviaşirkətləri sentyabrın 30-u üçün Okinava prefekturasını ölkənin gidər regionları ilə birləşdirən 760 aviareysi təxirə salınıb.  Modern.az xəbər verir ki, aviareyslərin təxirə salınmasına səbəb prefekturaya yaxınlaşmaqda olan “Trami” tayfunu olub.

 

Xatırladaq ki, sentyabrın 29-u “Trami” tayfunu səbəbi ilə 380 aviareys tləğv edilmişdi.

 

Qeyd edək ki, “Trami” tayfununun mərkəzi hazırda Okinava prefekturasının Tokunosima adasından 60 kilometr aralıdadır. Tayfun cənubdan şimal-şərq istiqamətində irəliləyir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 45 metrə bərabərdir.

 

Okinava prefekturasında 231 min ev təsərrüvatı elektrik enerjisiz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu