Modern.az

Separatçı liderin ölüm anı - VİDEO yayıldı

Separatçı liderin ölüm anı - VİDEO yayıldı

30 Sentyabr 2018, 22:26

Ukraynanın Donetsk şəhərində yerləşən “Separ” kafesində baş vermiş partlayışın kadrları yayılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış avqustun 31-də baş verib və Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko həmin partlayış zamanı ölüb.

 

Kadrlardan görünür ki, Zaxarçenkonun korteji kafeyə yaxınlaşır. Əvvəlcə mühafizəçilərdən biri zalı yoxlamaq üçün kafeyə girir. Daha sonra isə Zaxarçenkonun özü mühafizəçilərdən biri ilə kafeyə daxil olur və bu an partlayış baş verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi