Modern.az

Reydlər keçiriləcək – XƏBƏRDARLIQ

Reydlər keçiriləcək – XƏBƏRDARLIQ

Aktual

1 Oktyabr 2018, 12:18

“Son illər biz nəzarət markası tətbiq edirik. Nəzarət markası icazə verilən dini məmulatlara vurulur”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

O bildirib ki, bununla belə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər aidiyyatı qurumlarla birlikdə dini mağazalara mütəmadi olaraq baxışlar keçirilir.

 

“Bu kampaniya xarakterli bir tədbir deyil. Biz bu mağazalarda mütəmadi olaraq reyd keçirməyə davam edəcəyik. Ötən illərin statistikasının təhlili bunu deməyə imkan verir ki, ildən ilə ölkədə çap olunan dini ədəbiyyatın sayında ciddi artım var. Bununla yanaşı zərərli dini ədəbiyyatın sayında ciddi azalma var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür