Modern.az

Britaniya kəşfiyyatı Putinə hakimiyyətə gəlməkdə necə kömək etdi? - ETİRAF

Britaniya kəşfiyyatı Putinə hakimiyyətə gəlməkdə necə kömək etdi? - ETİRAF

1 Oktyabr 2018, 12:36

Böyük Britaniyanın gizli kəşfiyyat xidmətinin (Mİ6) keçmiş rəhbəri Riçard Dirlav (təşkilata 1999-2004-cü illərdə rəhbərlik edib) Rusiya prezidenti Vladimir Putinə etdiyi yardıma görə təəssüf hissi keçirdiyini açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildə Rusiyadakı prezident seçkiləri öncəsi Riçard Dirlav Vladimir Putinlə İngiltərə baş naziri Toni Bler arasında görüş təşkil etmişdi.

 

Həmin görüş Putinin seçkiqabağı nüfuzunun yüksəlməsinə və prezident seçkilərində qələbəsinə stimul olmuşdu.

 

Dirlavın sözlərinə görə, “KQB” agenti ona müraciət edərək, baş nazir Toni Blerlə Vladimir Putinin görüşünün təşkil olunmasını xahiş edib. Siyasətçilər Sankt-Peterburqdakı Mariinskiy teatrında bəstəkar Sergey Prokofyevin “Hərb və Sülh” operasına baxmağı planlaşdırırblarmış.

 

“Londonda biz müzakirələr apararaq Toni Blerin dəvəti qəbul edib-etməməsini müzakirə edirdik. Sonda qərara gəldik ki, bu qeyri-adi təklifdi və görüş baş tutmalıdır”.

 

Riçard Dirlav həmin illərdə Rusiya ilə münasibətlərin müsbət olduğunu, lakin sonradan xırda problemlərin ciddi maneələrə yol açdığını xatırlayıb.

 

“Bizim önümüzdə Boris Berezovskinin Rusiyaya ekstradisiyası, çeçen siyasətçisi Əhməd Zakayevin taleyi və 2006-cı ildə Londonda zəhərlənərək öldürülən Aleksandr Litvinenkonun polonium-210 maddəsi ilə zəhərlənməsi kimi çətin problemlər yarandı. Münasibətlər ilk 1,5-2 il ərzində yaxşı olsa da, sonradan çoxlu çətinliklər önə çıxdı və biz Putinin əsl simasını görə bildik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir