Modern.az

“11 aydır atamdan xəbər almıram”

“11 aydır atamdan xəbər almıram”

Aktual

1 Oktyabr 2018, 13:57

“Atamdan sonuncu məktubu 2017-ci il noyabrın 1-də almışam”.

 

Modern.az xəbər verir ki, bu sözləri erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin keçirdiyi tədbirdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

 

O bildirib ki, 11 aydır atasından xəbər almadığı üçün narahatdır. “Əslində, 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Bununla bağlı Qırmızı Xaç komitəsi və dövlət qurumlarına müraciət etmişik. “Qırmızı Xaç”dan bizə şifahi cavab verildi ki, vəziyyəti normaldır. Dövlət qurumları isə atamın özünün məktub yazmaq istəmədiyini bildirdilər. Onlardan videonun göndərilməməsinin səbəblərini soruşuram. Onlar isə bildirir ki, özü istəmir. Bunu hamımız bilirik ki, bu belə deyil.

 

Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir. Qondarma məhkəmənin qərarı ilə atam ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub. Hal-hazırda Şuşa həbsxanasında saxlanılırlar”.

 

K. Əsgərov deyib, atası və Şahbaz Quliyevin girovluqdan azad olunması ilə dünyanın bir çox ölkəsində, beynəlxalq qurumların tədbirində çıxış edib. “Təəssüf ki, dünya birliyi hələ də bu ədalətsizlik qarşısında susur. Biz haqq səsimizin dünyaya çatdırılması ilə bağlı atdığımız addımları davam etdirəcəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi