Modern.az

“Rossiya 1” telekanalı İlham Əliyevlə Nikol Paşinyanın daha bir VİDEOSUNU göstərdi

“Rossiya 1” telekanalı İlham Əliyevlə Nikol Paşinyanın daha bir VİDEOSUNU göstərdi

Qarabağ

1 Oktyabr 2018, 14:32

Rusiyanin “Rossiya 1“ telekanalında Vladimir Solovyevin “Moskva. Kreml. Putin” müəllif verilişində Azərbaycan və Ermənistan liderlərinin MDB-nin Düşənbə sammitindən daha bir videosu nümayiş etdirilib.

 

Modern.az xəbər verir ki, verilişdə İlham Əliyevlə Nikol Paşinyanın liftdən düşərək birgə söhbət etdikləri kadrlarda sərgilənib.

Həmin kadrlar 7:27-ci dəqiqədən başlayır.

Sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb. 


Xatıərladaq ki, ötən həftə Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub. 

Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev yerli mətbuata deyib ki, söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!