Modern.az

BDU tələbələrinə “Məhəmməd Əmin Rəsulzadə təqaüdü” verir

BDU tələbələrinə “Məhəmməd Əmin Rəsulzadə təqaüdü” verir

Təhsil

1 Oktyabr 2018, 16:50

Azərbaycanda tələbələrin biliyinin qiymətləndirilməsi üçün onlara müxtəlif təqaüdlər verilir. Bu gün təhsilimizdə standart, prezident təqaüdü və adlı təqaüdlər sistemi mövcuddur. Adlı təqaüd təhsildə uğurlu nəticələrilə fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.

Hazırda Azərbaycanda bir sıra təhsil ocaqları tələbələrinə adlı təqaüdlər təklif edir. Tələbələrinə adlı təqaüd verən təhsil müəssisələri sırasında bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalıq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti  də var.

Qeyd edək ki, Bakı Dövlət Universiteti  (BDU) 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis olunub. BDU gələn il 100 yaşını qeyd edəcək.

Modern.az saytının universitetlər arasında apardığı araşdırma nəticəsində məlum oldu ki, adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici BDU-ya məxsusdur.

Universitetdən əldə etdiyimiz məlumata görə, hazırda BDU-da 22 ziyalının adına təqaüd verilir.


Bu təqaüdlər təhsildə fərqlənməyə, yüksək göstəricilər əldə etməyə görə müəyyən olunub. Ola bilər, bir təqaüdə birdən çox tələbə layiq görülsün. Hazırda BDU-da Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz  Ələsgərov, Heydər Hüseynov və digərlərinin adına adlı və xüsusi təqaüdlər təsis olunub”.


Aysel Aslan 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir