Modern.az

Deputat Lalə Abbasova ilə fotosöhbət

Deputat Lalə Abbasova ilə fotosöhbət

Fotosöhbət

8 Dekabr 2009, 10:36

Lalə Gülbaba qızı Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. «Qadın və tərəqqi» ictimai birliyinin sədridir. Həsən bəy Zərdabi mükafatı laureatı, 4 ensiklopedik toplunun və 1 bədii kitabın müəllifidir. 12 mahnı bəstələyib. Rus dilini bilir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləyib. 1977-ci ildən «Vışka» qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən «Vaş dom» jurnalının redaktoru vəzifələrində çalışıb. 2000–2005-ci illərdə «Mir jenşin» qəzetinin baş redaktoru olub. Hazırda həmin nəşrin təsisçisidir. Bitərəfdir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İspaniya, Azərbaycan-İsrail, Azərbaycan-Özbəkistan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrəişçi qruplarının üzvüdür. 3 övladı var.

  

Bu məndə olan ilk şəklimdi. 2 yaşım olar, Xaçmazda çəkilib. 1957-ci il.

Burda 3 yaşım var. 1958-ci il.

Bu şəkildə 7 yaşım var. 1962-ci il.

Ön sırada soldan ikinci mənəm. 1963-cü il.

Sankt-Peterburqda əmimgildəyik. 1965-ci il.

Xaçmazın 7 illik musiqi məktəbi. Ön sırada sağdan dördüncü mənəm. 1965-ci il.

Bu şəkil isə Moskvada çəkilib. 1965-ci il.

Artıq 12 yaşım var. 1967-ci il.

Arada məktəbdən vaxt olan kimi Moskvaya-qardaşımın yanına gedirdim. 1971-ci il..

Nalçikdəyəm. Məndən sağda anam, ondan sağda isə anamın rəfiqəsinin qızıdır. 1971-ci il.

Bakı. 1974-cü il.

Moskvada sənədlirimi ali məktəbə vermişəm  1974-cü il.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıram. 1976-cı il.

 

1982-ci il.

Oğlum Ziya ilə. 1984-cü il.

Helsinki... Prezident sarayının önü. 1985-ci il.

 

“Vışka” qəzetində çalışarkən. Düz 21 il burada işləmişəm, burada korrektorluqdan tutmuş redaktor müavininə qədər yol keçmişəm. 1995-ci il.

Artıq “Mir jenşina” qəzetini təsis etmişəm. Fəaliyyətə başlayandan 1 il sonra "Zərdabi" mükafatı aldıq. 2001-ci il.

Qardaşım Rafiqlə. 2001-ci il.

2001-ci ildə Türkiyə səfirliyində...

“Azərbaycan qadınlarının ensklopediyası” kitabının təqdimatında. 2002-ci il.  

 

Seçkiöncəsi təblığatım zamanı...2005-ci il.

 

Kiprdə səfərdə

Xaçmazda torpaq üstündə dava düşüb. Adamları sakitləşdirmək üçün hər biri ilə ayrica görüş keçirirəm.

Xacmazda məsciddəyik.

Qızımla İngiltərədəyik.  

Deputat həmkarlarımla sərhəd bölgəsinə getmişik. 

2006-cı il.

Xanım deputatlarla Miılli Məclisdə mərhum prezidentimizin abidəsi önündə...

Qərb Universitetində dərs deyirəm. Tələbələrimi Xaçmaza aparmışam. 

Xaçmazda Zərifə xanım Əliyevanın abıdəsi önündə. 

Ən yaxın dostlarımdan olan Elmira Axundova ilə... 

 

Uşaq evinə yardım aparmışıq

Zərifə xanım Salahova və görkəmli rəssam Tahir Salahovla birgə...

Türkiyənin ölkəmizdəki səfiri və onun xanımı ilə Nabranda...

2008-ci il...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir