24 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Almaniya Azərbaycanlıları Şurasının əlaqələndiricisi: “Yeganə yol təşkilatlanmaq idi”
Almaniya Azərbaycanlıları Şurasının əlaqələndiricisi: “Yeganə yol təşkilatlanmaq idi”
02.10.2018, 08:44

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilmiş Yaşar Musayev Modern.az-a müsahibə verib.


- Yaşar müəllim, öncə sizi Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Şuranın yaradılması təşəbbüsü və ideyası kimdən gəldi?

- Təşəkkür edirəm, həm təbrik, həm də mətbuatın belə operativ reaksiyası üçün. Şuranın yaradılması təşəbbüsü Almaniyada yaşayan soydaşlarımızdan, diaspor təşkilatlarından gəldi. Almaniyada fəaliyyət göstərən diaspor rəhbərlərinin görüşlərində də, soydaşlarımızla görüşlərdə də koordinasiyanın olması, daha da gücləndirilməsi zəruriliyi əksəriyyət tərəfindən bildirilirdi. Yəni, bu gün Almaniyada yüz minlərlə azərbaycanlının yaşaması, 40-dan çox diaspor təşkilatının olması daha yaxşı koordinasiyanın formalaşdırılmasını tələb edirdi. Ona görə biz də qərara gəldik ki, həm soydaşlarımızı, həm də diaspor təşkilatlarını təmsil edən bir Koordinasiya Şurası yaradaq.


- Sizcə bu Şuranın yaradılması diaspor fəaliyyətinə, soydaşlarımıza nə verəcək?

- Mən elə ona gəlmək istəyirdim. Şuranın yaradılması, ilk növbədə, soydaşlarımızın, diaspor təşkilatlarının fəaliyyətini daha intensiv əlaqələndirməyə və diaspor fəaliyyəti ilə bağlı qərarların kollegial qəbuluna imkan yaradacaq. Eyni zamanda, Koordinasiya Şurasının yaradılması ilə diaspor fəaliyyətini daha planlı şəkildə təşkil etmək mümkün olacaq ki, bu da soydaşlarımızın inteqrasiyasında, Azərbaycan həqiqətlərinin təbliğində, milli-mədəni irsin qorunması və təbliğində, Azərbaycan dilinin, adət-ənənələrin yaşadılmasında öz müsbət təsirlərini göstərəcək.


- Necə oldu ki, Koordinasiya Şurasının əlaqələndiricisi siz seçildiz?

- Uzun müddətdir ki, diaspor fəaliyyəti ilə məşğul oluram. 2010-cu ildən etibarən Nürnberqdə fəaliyyət göstərən “Baku-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədriyəm. Nürnberqdə, Bavariyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanlıların bir yerdə cəmləşməsi çox önəmlidir. Təbii ki, bunu təkcə Almaniyaya aid etmək olmaz. Dünyanın hansısa ölkəsində yaşamaq o deməkdir ki, həm də təşkilatlanmaq lazımdır. Bu təşkilatlanma da diaspor təşkilatlarının birgə koordinasiyası nəticəsində mümkün ola bilər. Seçilməyimə gəldikdə isə, hər zaman birlik tərəfdarı, aktiv diaspor təşkilatı rəhbəri, azərbaycançılıq ideologiyasını özündə daşıyan bir insan olmuşam. Yəqin ki, bunlar nəzərə alındı, həmkarlarıma, soydaşlarımıza təşəkkür edirəm etimad göstərdikləri üçün, çalışacağam bu etimadı doğruldum.


- Koordinasiya Şurasının yaradılmasına və Yaşar Musayevin əlaqələndirici seçilməsinə Diaspor Komitəsinin dəstəyimi deyək, reaksiyasımı deyək necə oldu?

- Bu yaxınlarda Azərbaycana gəlmişdim. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi ilə görüşümüz oldu. Daha əvvəl Komitənin nümayəndə heyəti Almaniyada olarkən də görüşmüşdük. Demək olar ki, bizim səmimi söhbətlərimiz oldu və Almaniyada yaşayan soydaşlarımızın Koordinasiya Şurasının yaradılması ilə bağlı təşəbbüslərinin olduğunu bildirdik. Komitə rəhbərliyi, əlbəttə, bizim ideya və təşəbbüslərimizi böyük məmnuniyyətlə dinlədi və qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, dünya azərbaycanlılarının dövlətçiliyimiz ətrafında, azərbaycançılıq ideologiyası altında birləşdirilməsi əsas hədəfimizdir. Azərbaycan diaspor təşkilatlarının eyni məqsədə xidmət etməsi, Azərbaycan dövlətçiliyinin xaricdə normal səviyyədə təmsil olunması bütün azərbaycanlıların marağında olan məsələdir. Bu fikirlər, düşünürəm ki, artıq Koordinasiya Şurasının formalaşdırılmasına müsbət reaksiya kimi qəbul edilə bilər. O ki qaldı, dəstək məsələsinə, biz Komitə rəhbərliyini təsis iclasına dəvət etmişdik. Çox xoş oldu ki, Komitənin rəhbərliyi, nümayəndə heyəti iclasda iştirak etdi, proseslərin şəffaflığını canlı olaraq izlədi. Dəstək bundan ibarət oldu.


- Maraqlıdır, bu günə qədər Almaniyada diaspor fəaliyyəti necə formalaşıb?

- Bilirsiz, çox işlər görülüb. Almaniyanın müxtəlif şəhərlərində 40-dan çox diaspor təşkilatı var. Onların bəziləri elmi işlərlə, bəziləri mədəniyyət sahəsi ilə məşğul olur. Eyni zamanda, təhsil işçilərini, tələbələri birləşdirən diaspor təşkilatları var. Doğrudur başqa xalqlarla müqayisədə Azərbaycanın diaspor fəaliyyəti qısa tarixə malikdir. Bunun da başlıca səbəbi uzun illər SSRİ-nin tərkibində olmağımızla əlaqədardır. Azərbaycan müstəqillik əldə edəndən sonra soydaşlarımızın bir qismi Avropa ölkələrinə üz tutdular. Bu zaman yeganə yol təşkilatlanmaq idi. Düzdü, biz bununla yeni nəsə kəşf etmədik. Diaspor tarixi uzun olan xalqlar bu yolu artıq keçiblər. Biz də bu yolu keçməyə davam edirik. Eyni zamanda, biz bu yolu layiqli şəkildə keçirik. Almaniyadakı diaspor təşkilatları müəyyən şəhərlərdə olsa da, bir-birimizlə əlaqələrimiz mövcuddur. Milli bayramlarımızın qeyd olunması, yaxud da tarixə qanla yazılan və təəssüf doğuran günlərdə diaspor təşkilatları olaraq birgə olmağa çalışırıq. Yəni müəyyən əlaqələr mövcuddur, lakin bununla belə bir xaotiklik də var idi, bütün təşkilatların fəaliyyəti əlaqələndirilmirdi. Koordinasiya Şurasının yaradılması isə bu əlaqələri daha da gücləndirəcək və kütləviləşdirəcəkdir.


- Bundan sonrakı fəaliyyət planlarınıza nələr daxildir?

- Bundan sonra əlaqələrimizi daha da koordinasiya edəcəyik. Diaspor Komitəsi ilə birgə ümumi plan və strateji yol xəritəsi hazırlanacaq. Qarşıda duran vacib məsələlər, eyni zamanda əgər layihələr varsa, onlar müzakirə olunacaq. Bütün bunlar həm Almaniyada yaşayan soydaşlarımızın, həm də Diaspor Komitəsinin marağında olan məsələdir. Koordinasiya Şurası həm Almaniyadakı səfirliyimizlə, həm də Diaspor Komitəsi ilə sıx əməkdaşlıq edəcək. Diaspor fəaliyyətinin əsasında, əvvəldə də qeyd etdiyimiz kimi, milliliyin qorunması və təbliği, soydaşlarımızın inteqrasiyasına dəstək, xaricdə dövlətimizin yaxşı təmsil olunması kimi məsələlər dayanır. Gələcəkdə bu istiqamətdə konkret təkliflərlə, layihələrlə çıxış etməyi nəzərdə tuturuq.


- Qarabağ problemi ilə bağlı hansı işləri görməyi düşünürsüz?

- Qarabağ hər bir azərbaycanlı üçün bir nömrəli problemdir, yaralı yerimizdir. Bu, hər bir azərbaycanlını narahat etdiyi kimi, Qarabağ hadisələrinə dair beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycanın haqq səsinin qaldırılması, yaşadıqları ərazilərdə insanlara bu barədə dolğun informasiyaların verilməsi xaricdə yaşayan azərbaycanlıların da qarşısında duran başlıca məsələlərdəndir. Baxmayaraq ki, BMT-nin 4 qətnaməsi var ki, torpaqlar qeyd-şərtsiz geri qaytarılmalı və insanların öz doğma yurd-yuvalarına qayıtması bərpa edilməlidir. Təəssüf ki, bu qətnamələr yerinə yetirilməyib. Bir milyondan artıq məcburi köçkün həyatı yaşayan insanlarımız var. Bu çox acınacaqlı məsələdir. Ona görə də Koordinasiya Şurası olaraq tədbirlər planı hazırlamağı və bu istiqamətdə daha dolğun informasiyaları dünyaya çatdırmağı nəzərdə tuturuq. Çünki dünyada yaşayan azərbaycanlılar erməni vəhşiliyini zaman-zaman dünyanın diqqətinə çatdırmalıdır. Düzdü, Almaniyada yaşayan soydaşlarımızla birgə Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışırıq, hər il burada Qarabağ Forumu keçirilir. Almaniya və Avropa təşkilatları ilə sıx əlaqələrimiz var. Bundan istifadə edərək, həqiqətlərin diapsor təşkilatları tərəfindən davamlı şəkildə dünyanın diqqətinə çatdırılması zəruridir.


- Yaşar müəllim, Almaniyada yaşayan azərbaycanlıların təhsil məsələlərinə diqqət ayırmağı düşünürsüzmü?

- Əlbəttə, düşünürük. Bizim əsas fəaliyyət proqramlarımızda təhsil, elm və mədəniyyət öndədir. Bu koordinasiyanın strukturu hələ tam müəyyən olunmayıb. Buna baxmayaraq əsas sahələrimiz arasında təhsil, elm mədəniyyət yer alır.


- Son olaraq soruşmaq istərdik. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrindən gözləntiləriniz nədir?

- Tam olaraq səmimiyyətimə inanın, səmimi deyəcəm. Fuad Muradovla bir neçə dəfə görüşüm olub. Bu görüşlər səmimiyyət şəklində keçib. Fuad Muradovun müxtəlif diaspor təşkilatları ilə görüşləri zamanı onun bu sahəyə can yandırması dərhal hiss olunur. O da hiss olunur ki, böyük iradə ilə dünya azərbaycanlılarının birgə koordinasiyasını qarşısına məqsəd qoyub. Bu böyük işgüzarlıqla və təcrübə ilə yerinə yetirilir. Biz şadıq ki, belə səmimi söhbətlər olur. Biz Fuad bəyə uğurlar arzulayırıq. Həmçinin, bu sahədə ona yardımçı olmağa hazırıq. Çünki bu, ümummilli maraq kəsb edən bir məsələdir. Gözləntilərimiz odur ki, birgə fəaliyyət göstərəcəyik. Qarşıya qoyulan ideyaları birgə həyata keçirməyə ümidliyik.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yığmamız heç-heçəyə razılaşdı
24.10.2018, 01:00

Yığmamız heç-heçəyə razılaşdı

Azərbaycan idmançısı gümüş medal qazandı
24.10.2018, 00:45

Azərbaycan idmançısı gümüş medal qazandı

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü
24.10.2018, 00:28

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp
24.10.2018, 00:13

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi
23.10.2018, 23:39

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Azərbaycan nefti ucuzlaşıb
23.10.2018, 23:19

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib
23.10.2018, 23:07

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO
23.10.2018, 22:52

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi
23.10.2018, 22:37

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış
23.10.2018, 22:21

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Qarabağda erməni əsgəri yaralandı
23.10.2018, 22:08

Qarabağda erməni əsgəri yaralandı

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO
23.10.2018, 21:51

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  
23.10.2018, 21:37

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü
23.10.2018, 21:36

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı
23.10.2018, 21:21

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi
23.10.2018, 21:07

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi

Paşinyan baş nazirliyə yeganə namizəd oldu
23.10.2018, 20:55

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı
23.10.2018, 20:41

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ARXİV