Modern.az

Bu dəhşətli raket gələn il atılacaq....

Bu dəhşətli raket gələn il atılacaq....

2 Oktyabr 2018, 09:21

Rusiya “Sarmat” qitələrarası ballistik raketlərinin ilk uçuş sınaqlarını 2019-cu ilin başlanğıcında həyata keçirməyi planlaşdırır.

Modern.az saytının məlumatına görə, bu haqda TASS-a Rusiya müdafiə-sənaye kompleksindəki mənbə bildirib.

Qeyd edək ki, ikipilləli, ağır, maye yanacaqlı, 5-ci nəsil strateji ballistik raket olan "Sarmat" Rusiyanın Raket Qoşunlarında "Voevoda"nı əvəzləməlidir. Sələfindən fərqli olaraq “Sarmat” raket əleyhinə müdafiəni yarmaq üçün daha güclü kompleksə, suborbital trayektoriyaya və səs sürətindən də 6 dəfə böyük sürət əldə edən döyüş başlıqlarına malikdir.

ABŞ-dakı hədəflər üçün nəzərdə tutulmuş "Sarmat"ın ilkin çəkisi 150-200 ton, uçuş məsafəsi 16 min kilometr, daşıya biləcəyi döyüş başlıqlarının ümumi çəkisi 10 tondur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir