Modern.az

Polis 29 avtoriteti “sxodka” vaxtı saxladı

Polis 29 avtoriteti “sxodka” vaxtı saxladı

2 Oktyabr 2018, 12:30

Rusiyada hüquq mühafizə orqanları avtoritetlərin qatıldığı “sxodka”ya əməliyyat keçiriblər.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Moskva vilayətində baş tutmuş kriminal “sxodka”da əməliyyat nəticəsində 29 avtoritet saxlanılıb.

 

Saxlanılan şəxslərin hamısı şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün polis idarəsinı aparılıblar.

Vilayətin Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəhbəri Tatyana Petrova salanılan şəxslərin iş adamlarının kriminal himayəsi ilə məşğul olan cinayətkar  aləmin üzvləri olduğunu bildirib.

 

“Şəxsi baxış zamanı Orta Asiyalı biri 29, digəri 37 yaşlı iki nəfərin üzərindən açıq rəngli bağlama çıxıb. Tədqiqatlar nəticəsində bağlamalardakı maddənin 5 qram heroin olduğu müəyyənləşib” – Petrova bildirib.

 

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir