Modern.az

Azərbaycanın bədii filmi “Hollivud”da qələbə qazandı

Azərbaycanın bədii filmi “Hollivud”da qələbə qazandı

2 Oktyabr 2018, 14:01

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi 30 sentyabr tarixində ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Hollivud kino mərkəzində keçirilən “Qlobal Qeyri-zorakı Film Festivalı”nın  “ən yaxşı mövzu” mükafatına layiq görülüb.

Bu barədə  filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a məlumat verib.

O, bildirib ki, oktyabrın 1-də Münsiflər Heyəti festivalda qalib gələn filmləri təqdim edərək, mükafat qazanan ekran əsərlərinin adlarını açıqlayıb. “Şollerin arxivi” də həmin siyahıda olub.

Mükafatın təqdimat videosu Festivalın Vimeo TV kanalına yüklənəcək. Festivalda 11 gün ərzində nümayiş etdirilmiş 32 filmin vidotəqdimatı da sonsuza qədər olan kanalın arxivində qalacaq. Bəzi tammetrajlı filmlərin videosu isə kinorejissorlarla saziş əsasında oktyabrın 2-də günün sonunda kanaldan götürüləcək. 

 

Mükafatçıların adları  aşağıdakı linkdə yerləşdirilib:
//nonviolentfilmfestival.wordpress.com/2018/10/01/awards2018/

 

Mükafatın təqdimat videosu Festivalın Vimeo TV kanalındakı videonun 26-cı dəqiqəsində 
//vimeo.com/ondemand/globalfilmfestival 


Qeyd edək ki, “Şollerin arxivi” bədii filmi son aylar beynəlxalq festivallarda xeyli uğur qazanıb.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. 

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi