Modern.az

Zakir Fərəcov Sumqayıt əhalisinə VƏD VERDİ

Zakir Fərəcov Sumqayıt əhalisinə VƏD VERDİ

Aktual

2 Oktyabr 2018, 14:08

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası önündə yaşıllaşdırma ilə bağlı yeni gül kolları əkmişik. Hazırda sarmaşıqların əkilməsi effekt verməyə başlayıb və bitki böyüyür. Müəyyən vaxtdan sonra bina əvvəlki görkəminə qayıdacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin əvvəlki binasının görünüşü qeyri-adi idi.

 

“Hesab edirəm ki, yaxın illərdə sumqayıtlıların arzusu reallaşacaq, problemləri öz həllini tapacaq. Həmin yaşıllıqlar yenidən öz görkəminə qayıdacaq. Çünki həmin bina qeyri-adi idi. Ümumiyyətlə, yaşıllaşdırma işlərinin aparılması çox yaxşıdır”.

 

İcra başçısı Sumqayıtdakı yeniliklərdən də söz açıb.

 

“Sumqayıtda hər gün yeniliklər baş verir. Sosial obyektlər, binaların fasadlarının təmiri, asfaltın yenilənməsi və quruculuq işləri davam etdirilir”-deyə Z.Fərəcov bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasını örtən sarmaşıqlar keçmiş icra başçısı olan Vaqif Əliyevin dövründə (2010-cu ildə) hissə-hissə saralmağa başlayıb və az sonra örtük binadan götürülüb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi