Modern.az

Binədəki ağır qəzaya görə daşıyıcı şirkət İTTİHAM OLUNDU

Binədəki ağır qəzaya görə daşıyıcı şirkət İTTİHAM OLUNDU

Aktual

2 Oktyabr 2018, 17:37

Ötən gün Bakının Binə qəsəbəsində avtobusla qatarın toqquşması ağır qəzaya qəbəb oldu. Hadisə nəticəsində 2 nəfər öldü, 41 nəfər isə yaralandı. Bu hadisə avtobusların iştirakı ilə ilk qəza deyil. Zaman-zaman avtobus sürücülərinin özbaşınalığı dəhşətli qəzalara səbəb olub.


Daxili İşlər Nazirliyinin mətbuata açıqlamasında sürücünün əvvələr məhkum olunduğu qeyd edilib.

Görəsən sürücünün əvvəllər məhkum olunması 160 saylı marşrutun sahibi olan “Ayşən LTD” daşıyıcı şirkətinə bəlli deyildimi? Ümumiyyətlə sürücülər işə götürülərkən nələrə diqqət edilməlidir? 

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas, nəqliyyat məsələləri ilə bağlı ekspert Ərşad Hüseynov deyib ki, avtobus sürücüsünü işə götürərkən ondan sağlamlıq haqqında arayış və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunmalıdır.

 

“Sürücünü işə götürən adam onu qiymətləndirməlidir. Məhkumluğun olması o demək deyil ki, adam işə götürülməməlidir. Sürücünün məhkum olması qabardılır. Məhkum olan adamlar var ki, deputatdır, nazirdir, bu əsas deyil. Əsas odur ki, işçini götürəndə sınaqdan keçirmək lazımdır, sənin götürdüyün işə yararlıdır, ya yox. Adamın məhkumluğu var deyə, onu çörəyindən məhrum eləmirlər”.

Ərşad Hüseynov deyib ki, hadisə ilə bağlı hər şeyi məhkumluğun üstünə atmaq düzgün deyil, əsas problem sərnişindaşıma sistemindədir.

“O sürücü tək deyil, yüzlərlə belə sürücü var. Bunların arxasındakı himayəçilər araşdırılmalıdır. Necə olur ki, camaat bir dəqiqə dayanma-durma qaydalarını pozanda 20 manat cərimə olunur, amma bunlar dəmiryolundan 10 dəfə ora-bura keçirlər, qoşa-xətti tapdayırlar, svetoforun qırmızı işığından keçirlər, sürət həddini aşırlar, sükan arxasında telefonla danışırlar, amma məsuliiyyətə cəlb olunmurlar?.. Bütün bunlar araşdırılmalıdır. 

Məhkumluq çox geniş anlayışdı. Adam 10 il əvvəl qonşusunun toyuğunu oğurluyub həbs edilirsə, bu o demək deyil ki, o, heç bir yerdə işləməməlidir. Elə avtobus sürücüləri var ki, heç sürücülük vəsiqəsi yoxdur. Şərtlər belədir ki, 23 yaşından 65 yaşına qədər “D” kateqoriyası olan adam avtobus sürücüsü ola bilər. Əsas əldə sənədin olması deyil, o sənədlə yanaşı, işəgötürən sürücünü incələməlidir. İşəgötürən baxmalıdır ki, bu adam əvvəllər cinayət tərkibli yol-nəqliyyat hadisəsi törədibsə, ona daha diqqətlə yanaşmalıdır. Bu sistem təkmilləşməlidir, hər yoldan keçənə avtobus sükanı etibar edilməməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir