Modern.az

Bizimkilər - Mais Ağayev: “Reportyorluq üçün darıxıram” - FOTOLAR  

Bizimkilər - Mais Ağayev: “Reportyorluq üçün darıxıram” - FOTOLAR   

3 Oktyabr 2018, 11:09

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

 

“Bizimkilər”in növbəti qonağı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevdir.

 

Mais Ağayev 6 avqust 1982-ci ildə Bakı şəhərində anadan olub. İlk orta təhsilini Nərimanov rayonu Eldar Əliyev adına 93 saylı orta məktəbdə alıb. Daha sonra orta təhsilini Nərimanov rayonu 82 saylı məktəbdə davam etdirib. 2000-ci ildə Təfəkkür Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Tələbəlik illərində “Lider” telekanalında işləyib. 2004-2005 ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra İctimai Televiziyada fəaliyyətinə davam edib. 2016-cı il 1 iyul tarixindən etibarən isə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalşır. 

 


- Mais bəy, necə oldu ki, jurnalistikaya gəldiniz?

 

- Jurnalistikaya gəlişim təsadüfi olmayıb. 10-11 ci sinflərdə təhsil alanda hansı ixtisası seçməli olduğum barədə götür-qoy edirdim. Bu zaman da əsas marağım elə jurnalistikaya idi. Hər vaxt həyəcanla nə vaxtsa xəbər müxbiri olacağımı düşününürdüm. Bəzən tək olanda özümdən hadisələr düşünüb hadisə yerindən telefon bağlantısı edirəm kimi imitasiyaları xəyal qurudum. Ali məktəbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Abituriyent kurslarında hazırlaşmışam. Kursdakı müəllimlərim peşə seçimi ilə bağlı qərarımı qətləşdirməkdə mənə dəstək oldular. Jurnalistikaya marağın hardan yaranmasına gəlincə isə deyim ki, həmin dövrdə Azərbaycanda müstəqil televiziya kanalları yeni-yeni yaranmağa başlayırdı. Uşaq olsam da, tamaşaçı kimi hər gün efirdən müasir jurnalistikamızın inkişafından mühüm xidmətləri olan reportiyorların hazırladığı sujetləri böyük həvəslə izləyirdim. Həmin illərdə televiziya jurnalistlərinin peşəkarlığı mənim bu ixtisasa olan istəyimi daha da artırdı.

 

- Jurnalistika yolunuz hardan başladı?

 

-Jurnalist kimi əmək fəaliyyətinə “Lider” televiziyasında başlamışam. Hələ birinci kursda oxuyanda “Lider”ə iş təcrübəsinə getməyə başladım. Həmin vaxt yeni efir fəaliyyətinə başlayan kanalda peşəkar jurnalist komandası fəaliyyət göstərirdi. Bu baxımdan özümü çox şanslı hesab edirəm ki, məhz televiziyada ilk addımlarımı peşəkarların yanında, onların dəstəyi, qayğısı ilə atmağa başladım. Ali məktəbədə təhsil almaqla yanaş, “Lider” TV-də ştatdankənar müxbir kimi çalışırdım. tələbə olmağıma baxmayaraq, mühüm dövlət çəkilişlərinə də gedirdim. Daha sonra hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra İctimai Televiziyada fəaliyyətə başladım.

 


- Bu yolda hansı çətinlikləriniz olub?

- Televiziyada işlədiyim müddətdə işimlə bağlı belə bir ciddi çətinliyim olmayıb. Baxmayaraq ki, hər zaman kritik yerlərdə reportyorluq etmişəm. Bəlkə də ara-sıra çətinliklər olub, amma ciddi olmadığı üçün unudulub. Bilirsiniz, insan işini sevərək edirsə, o halda qarşısına çıxan çətinliyi də asanlıqla aşa bilir

 

- Televiziya jurnalistliyindən mətbuat katibliyinə gəlmisiniz. İşiniz yenə jurnalistika ilə bağlıdır, amma televiziya jurnalistliyi daha hərəkətli olur. İndi reportyorluq üçün darıxırsınızmı?

 

- Etiraf edim ki, darıxıram. Bəzən işlə əlaqədar 11 il çalışdığım “İctimai” kanala getməli oluram. Bu zaman qəribə hislər keçirirsən. Hərdən zarafatla deyirəm Tarzan şəhərdən meşəyə cəngəlliyə qayıdanda hansı hisləri keçirirsə, mən də İTV-yə gedəndə eyni hisləri keçirirəm. Amma mətbuat katibliyi də maraqlıdır. Düzdür, reportyorluq qədər hərəkətli olmasa da, oturaq bir iş də deyil.

 


- Mətbuat katibi olmağın hansı çətinlikləri var?

- Hər bir iş kimi mətbuat katibi olmağın da özünəxas çətinlikləri var. Təbii bu iş də insandan böyük məsuliyyət tələb edir, peşəkarlıq tələb edir. Bir məsələni deyim gün ərzində onlarla jurnalist dostlarımızdan nəqliyyatla bağlı müraciət, sorğu daxil olur. Böyük əksəriyyəti bizimlə daimi əməkdaşlıq edən, yəni nəqliyyatdan yazanlardır və onların suallarına cavab vermək də asandır. Amma bəzən nəqliyyat sahəsindən məlumatı olmayanlarla da ünsiyyət qurmağa məcbursan. Bax bu əsl çətinlikdir. Çünki ilk olaraq onun sualını cavablandırmazdan əvvəl, vəziyyəti izah etməlisən ki, yalnış sual verməsin. Ya da verdiyi cavabı bilmiyərəkdən yalnış yazmasın. Düşünürəm ən böyük çətinlik budur.

 

- Sizin fikrinizcə, fəaliyyətiniz jurnalistləri qanə edirmi?

 

- Mənim fikrimcə bu sualı həmkarlarımıza versək, yaxşı olar. Mən bir məqamı vurğulamaq istərdim ki, bir mətbuat katibinin işinin uğurlu olması təmsil etdiyi qurumun rəhbərinin mətbuata olan münasibətindən çox aslıdır. Bu barədə mənim bəxtim gətirib. İdarə heyəti sədrinin əsas tələblərindən biri istər vətəndaş, istərsə də jurnalistlər tərəfindən Agentliyə daxil olan müraciətlərin vaxtında cavablandırılmasıdır. Bunun üçün müxtəlif alətlər də təklif edilir. Bu gün BNA-ya müraciət üçün müxtəlif platformalar mövcuddur. www.bna.az, www.alo141.az, sosial şəbəkələrdəki rəsmi səhifələrimiz, 141 çağrı mərkəzi və təbii mənim şəxsi Facebook profilim və əlaqə vasitələrim. 24/7 prinsipi ilə müraciətləri qəbul edirik.



Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir