Modern.az

Rusiya dollardan tam imtina etməyi planlaşdırır

Rusiya dollardan tam imtina etməyi planlaşdırır

3 Oktyabr 2018, 11:15

Rusiya hökuməti ölkə iqtisadiyyatını dollardan azad edəcək yeni qanun layihəsi hazırlayır.

 

Modern.az “The Bell” nəşrinə istinadən xəbər verir ki,  bu layihə bir-iki həftəyə baş nazir Dmitri Medvedyev tərəfindən təsdiqlənməlidir.

 

Qanun layihəsinin müzakirəsində Mərkəzi Bank da daxil ölkənin nəhəng bankları iştirak edəcək.

Nəşrin  məlumatına görə bu qanun ölkənin dollardan tamami ilə imtina etməsini nəzərdə tutmur. Söhbət hələ ki, milli iqtisadiyyatda yerli valyutanın tətbiqini genişləndirməkdən gedir.

 

Bu qanun biznesə daha az itkilər vermək üçün istənilən valyutadan istifadəyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının dollardan imtina prosesini dəstəklədiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir