Modern.az

Amerikalı jurnalist Türkiyədə yoxa çıxdı

Amerikalı jurnalist Türkiyədə yoxa çıxdı

Dünya

3 Oktyabr 2018, 12:47

“The Washington Post” nəşrinin müxbiri Camal Haşkaci Türkiyədə yoxa çıxıb.

 

Modern.az “HaberTürk” kanalına istinadən xəbər verir ki, jurnalist Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra əlaqəyə çıxmayıb.

Səudiyyə Ərəbistanı əsilli Haşkaci Ər-Riyad hakimiyyətinə qarşı tənqidi yazılar yazıb. Özü 2017-ci ildə ölkəsini tərk edib və ABŞ-a köçüb.

 

O, konsulluq əməkdaşlarının çağırışı ilə sənədləşmə işləri üçün oktyabrın 2-də İstanbuldakı konsulluq binasına yaxınlaşıb. Jurnalist nişanlısı ilə birgə gəlsə də xanımı binaya buraxmayıblar.

Nəşrin məlumatına görə nişanlısı onun sənədləri götürüb çıxmalı olduğunu bildirib. Lakin 5 saat gözləməsinə baxmayaraq nişanlısına onun artıq binanı tərk etdiyi bildirilib.

 

Haşkaci onu müşayiət edən xanıma fors-major hallarda Türkiyənin hakim Ədalət və inkişaf partiyasının müşaviri Yasin Aktaya və ərəb-türk jurnalistlər birliyinə müraciət etməyi tapşırıb.

Onun gündə bir neçə dəfə istifadə etdiyi Twitter sosial şəbəkəsinə son giriş tarixi isə oktyabrın 1-nə səhər saatlarına aiddir.

 

Qeyd edək ki, Camal Haşkaci The Washington Post nəşrində Səudiyyə Ərəbistanın daxili siyasəti barədə tənqidi yazılar yazıb. O əvvəllər öz ölkəsində Al-Watan nəşrinin baş redaktoru olub. Haşkaci həmçinin ərəd biznesmen tərəfindən maliyyələşən və siyasi motivlər əsasında bağlanan Al-Arab kanalını da işlədib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı