Modern.az

Paşinyanın planları POZULUR

Paşinyanın planları POZULUR

3 Oktyabr 2018, 14:40

Ötən gün Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. Bunlar "Çiçəklənən Ermənistan" və"Daşnaksütun" partiyalarından olan nazirlərdir. Bəs görəsən Ermənistanda siyasi vəziyyətin gərginləşməsinə səbəb nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirmək istəyir.

 

“Parlamentdə Paşinyana müxalif olan “Daşnaksütun” və “Respublika”  partiyaları anlayırlar ki, erkən seçkilər keçirilsə, onlar indiki mövqelərini itirəcəklər. Ona görə də istefa verib getmək istəmirlər, müqavimət göstərməyə çalışırlar, bu da Paşinyanın planlarını pozur. Paşinyan məhz buna görə dünən tərəfdarlarını parlamentin qarşısına topladı.

 

Konstitusiyaya görə əgər baş nazir istefaya gedəcəksə, parlament erkən seçkilərlə qətnamə qəbul etməlidir. Paşinyan buna nail olarsa, reytinqini bir qədər yüksəldə bilər. Əks halda parlamentdəki indiki çoxluq istədiyini etsə, Paşinyanın planları pozulacaq. Paşinyanla parlamentin arasında münaqişənin səbəbi də məhz budur”.

 

Paşinyanın siyasi gücü azdır, adminstrativ resusrlara nəzarət etmir.

 

“Paşinyan yeganə gücü vətəndaşlardan alır. Yəni vətəndaşları parlament binasına çağırmasaydı, parlament istədiyi qərarı verəcəkdi və Paşinyan məğlub olacaqdı. Paşinyan məcburiyyət qarşısında tərəfdaşlarını parlament binasının qarşısına yığıb. Məqsəd isə budur: parlamentdəki partiyalar görsünlər ki, cəmiyyətin bir hissəsi ona dəstək verir və həmin partiyaların fəaliyyətini mənfi qiymətləndirir. Ona görə  bu üsuldan istifadə edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı