Modern.az

Türkiyədə yoxa çıxan jurnalistin yeri məlum oldu

Türkiyədə yoxa çıxan jurnalistin yeri məlum oldu

3 Oktyabr 2018, 15:23

Türkiyədə Səudiyyə Ərəbistanı konsulluğu binasına girdikdən sonra əlaqəyə çıxmayan “The Washington Post”un müxbiri Camal Haşkacinin yeri məlum olub.

Modern.az xəbər verir ki, “Reuters” agentliyi Türkiyə hakimiyyətinin adı çəkilməyən mənbələrinə istinadən  Haşkacinin hələ də konsulluq ərazisində olduğunu öyrənib.

Onun təxminən 1 sutkaya yaxın əlaqəyə çıxmadığı bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı əsilli Camal Haşkaci dünən günorta saatlarında nişanlısı ilə bu ölkənin İstanbulda yerləşən konsulluğuna sənəd üçün yaxınlaşıb və daha əlaqəyə çıxmayıb.

Nişanlısı konsulluğun binasına buraxılmayıb və 5 saat sonra ona Haşkacinin artıq binanı tərk etdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?