17 fevral 2019, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Biz onu unuda bilmərik...
Biz onu unuda bilmərik... +
03.10.2018, 16:41

Bu gün böyük ədəbiyyat adamı, tanınmış dramaturq İlyas Əfəndiyevin əbədiyyətə qovuşduğu gündür. Elə insanlar var ki, onlar dünyadan köçəndə günəşin, Ayın da işığı azalır. Çünki o insanların yaratdığı işıqlar cəmiyyətə güzgü, yol, mayak olub. O xalq böyükdür ki, zəngin ədəbiyyatı və ədəbiyyatçıları var. Bu mənada Azərbaycanın bəxti gətirib. Ötən yüz ilimiz isə bu yurda onlarla belə ədəbiyyatçı bəxş etdi. Ədəbiyyatımızı  Tanrının ruzisi olan sözlə bəzəyən ədəbiyyat yaradanlar hər zaman cəmiyyəti, insanları, qlobal dünyanı düşündülər. Belə dahilər ədəbiyyatda və dünyada əbədilik qazanırlar.

Bu gün o əbədi taleli insanlardan biri, İlyas Əfəndiyevin  , özündən sonra işıq seli qoyub getdiyi dünyasından ayrılıb, Tanrı dərgahına keçməsindən 22 il keçir. Bu dünyada yoxdur, yaşamır, deyə bilmirik. Nə qədər ki, Azərbaycan Teatrı və tamaşaları var, İlyas Əfəndiyev yaşayacaq.

Çünki, bizim silinməz  yaddaşımızda  onlarla romanı, onlarla tamaşası, hekayə və povestləri var. Bizim nəsil  bəni adəmi İlyas Əəfəndiyevin əsərlərini oxuya-oxuya, televizya ekranlarından, tamaşa salonlarından  yazdığı əsərlərə baxa-baxa böyüdük. Bizim qəhrəmanlar “Sarıköynək və Valehin nağılından romantika , zəhmətsevərlik öyrəndi. "Unuda bilmirəm", ,"Məhv olmuş gündəliklər, "Mənim günahım" , “Atayevlər ailəsi”, “Büllur sarayda”... tamaşa və pyeslərinə baxaraq, cəmiyyətimizdə olan mənfi tendensiyalardan çəkindik, bəzi ailələrdə sirr kimi qorunan  münasibətlərin tamaşa üzərindən seyr edib, hər kəs öz payını götürdü. Onun qəhrəmanları kimi sevdik, onun qəhəmanları kimi ayrıldıq, onun qəhrəmanları kimi xoşbəxt olub, hətta faciələrə də uğradıq. Çünki, dahi İlyas Əfəndiyev cəmiyyətimizin psixoloqu idi. Ona görə də psixoloji dram əsərlərində  müxtəlif səciyyəli insanların mənəviyyatıındakı çarpışmaları, ziddiyyətləri, iblis və ya mələk xislətlərini obrazların dili ilə çatdırırdı. İlyas Əfəndiyev cəmiyyətimizin barometri idi. Onun tarixi və mənəvi əhəmiyyət kəsb edən əsərləri əgər bu gün də , sovet illərində olduğu kimi  televizya ekranlarından, tamaşa salonlarından təbliğ olunarsa,nümayiş edilərsə,(əfsuslar olsun ki, bu gün o tamaşaları televiziya ekranlarında çox nadir hallarda göstərirlər) bu gün cəmiyyətimizdə bu qədər mənəvi deqredasiyalar olmaz. Çünki İlyas Əfəndiyev və digər onun kimi zəngin ədəbi əsərləri olan ədbilərimizin əsərləri cəmiyyəti tərbiyə edir. Əbəs yerə deməyiblər ki, ədəbiyyat insanı formalaşdırır. Mən əlimi ürəyimin üstünə qoyub, tam əminliklə deyə bilərəm ki, İlyas Əfəndiyev əsərlərindən boy alan, oxuyub tərbiyələnən insanlar heç vaxt bu cəmiyyətə, insanlara qarşı zalım və bəd ola bilməzlər.

İlyas Əfəndiyev pyes,  dram və romanları, povestləri, bir sözlə yaradıcılığı ilə əslində  Mirzə Ələkbər Sabir  dəsti-xəttini və üslubunun davamıydı. Mirzə Ələkbər Sabir cəmiyyətin çatışmazlıqlarını şerlə nəzmə çəkirdisə, böyük dramaturq İlyas Əfəndiyev isə cəmiyyətdə baş verən , görə bildiyimiz və kütlənin xəbəri olmadığı vaqeələri əsərlərində nəzmə çəkirdi.

İlyas Əfəndiyev həm də bu xalqın tarixi yaddaşı idi. Tacir oğlu olsa da, xalq 1918-ci ildə qurulan cümhuriyyətinin 23 aydan sonra sovet hakimiyyəti tərəfindən  devrilməsi, onların da bəyzadə ailələrindən yan ötmədi.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetdi.. "Kulak" damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağıldı.Təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı saldı. İlyas Əfəndiyev o ağır uşaqlıq illərini belə xatırlayır: “Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar".

Yazıçının atası Məhəmməd kişi  30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək 1934-cü ildə 50 yaşında vəfat edir.

Babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam kimi böyük hörmət sahibi idi. İlyas Əfəndiyev xatirələrində qeyd edir ki, ki, Hacı Axundun evində çox zəngin kitabxanası varmış. O başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının  digər babası Bayram bəy isə Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdı.

Böyük ədib anası Bilqeyis xanımı isə belə xatırlayırdı: “İ.Əfəndiyev anası haqqında yazmışdır: "Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb oxuyurdu. Mütaliəni çox sevirdi. Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi "Ərmənusə", "İngilis xanımı", "Hind racəsi", "Rüstəm və Zöhrab", "Əlif Leyla" və sairə kitablar indi də yadımdadır. Füzulinin "Leyli və Məcnun" əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. Dövrün ictimai hadisələrindən də baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi gedərdi. Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə oyanmışdır".

Ömrünün uşaqlıq və gənc çağlarında tifaqları dağılan İlyas Əfəndiyev aldığı mənəvi və fiziki sarsıntıları heç vaxt unutmadı. Tanrı yaradıcı adamlara özündən bir zərrə verir. O zərrədən qismətinə pay düşən İlyas Əfəndiyevi isə ona görə seçmişdi ki, vətən dərdini, Qarabağ tarixini yazıb əbədiləşdirsin.

Həyatında əriş-arxac izlər buraxmış Qarabğ ağrısı İlyas Əfəndiyevin yaradıcılığında hər zaman qırmızı xətt kimi keçdi. Böyüklüyü onda idi ki, bu Qarabağ tarixini yazıb əbədiləşdirəndə, dırnaqlarından və dişlərindən Azərbaycan Cümhuriyyətinin qanı axan Sovet sistemi onun sətiraltı yazdıqlarını sovet həqiqəti kimi qəbul etdi.

Başı bəlalı Qarabağımız haqqında indiyə qədər 7 QARABAĞMNAMƏ yazılıb.  8-ci Qarabağnamə isə İlyas Əfəndiyevin yazıb qoyduğu dram əsərləri , romanları , povestləri və hekayələridir.

Dünən Nizami Kino Mərkəzində görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filminin təqdimatı oldu. Filmdə  Qarabağ tarixini əzəlindən son faciəsinə qədər özündə əks etdirən“Mahnı dağlarda qaldı”, “Xan qızı Natəvan”, “Hökmdar və qızı” tamaşalarında cəmiyyətə ötürülən mesaj, ermənilərin hiyləgər və xəyanətkar xisləti, çar Rusiyasının Azərbaycanın başına gətirdiyi fəlakətlərin tarixi faktlarla ədəbi-bədii üslubda necə ustalıqla hazırlanmasından bəhs edilir. İTV –nin yaradıcı kollektivinin əməyinin məhsulu olan  sənədli film tamaşçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Təqdimatda iştirak edən ziyalılar, dövlət məmurları, milli məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri qeyd etdilər ki, “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filmi və ümumiyyətlə İlyas Əfəndiyevin tamaşaları açıq dərs kimi məktəblilərə və tələbələrə keçirilməlidir. Çünki cəmiyyətin inkişafı onun ədəbiyyatından və mədəniyyətindən keçir.

“İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filmində diqqəti cəlb edən maraqlı məqamlardan biri də ümumilli lider Heydər Əliyev və İlyas Əfəndiyev dostluğu idi. Ötən günlərimizin yaddaşını vərəqləyəndə mədəniyyət tariximizin səhifələrində hər  zaman Heydər Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənət adamlarına necə böyük dəyər verdiyini görürük. İlyas Əfəndiyevin hər bir əsəri Azərbaycanda  mədəni hadisə olurdu. Və onun əsərlərinin premyerasında mütləq o böyük kişi ,Azərbaycan Mərkəzi Komitəsinin katibi Heydər Əliyev iştirak edirdi.

 

Mən bu məqamda “Xurşudbanu Natəvan” tamaşasında xan qızının sonuncu monoloqunu xatırlamaq istəyirəm. Malı-mülkü, kəndi, obası eli dağılan Xan qızı  vətənini atıb getmir. Çar Rusiyası ilə son nəfəsinə qədər üzbə- surət mübarizə aparır. Əsərdə xan qızı: “Daha mənə xidmətçi lazım deyil. Bəyim, gedin ləyaqətlə yaşayın. Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşudbanunun kəndi, torpağı yoxdur! Deyin ki, mən xanq qızı Xurşudbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəm! Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış  azad Azərbaycan gözləyir!”.

Bu tamaşanın premyerasında iştirak edən insanlar yaxşı xatırlayırlar. Qollarımız Sovet zəncirləri ilə bağlı olan  bir dövrdə, Rus ideyaları, rus bayrağı altında birləşdiyimiz bir zamanda Azərbaycanın  böyük səhnəsindən  respublikanın xalq artisti Amaliya Pənahovanın dilindən səslənən bu dialoq, zalda oturan Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev və dramaturq İlyas Əfəndiyev!!! Şahidlər deyirlər ki, bu monoloqu dinləyən Heydər Əliyevin gözləri dolmuşdu. Və tamaşa bitəndən sonra yaradıcı heyəti təbrik edərək, üzünü Amaliya Pənahovaya tutub “Siz son monoloqunuzla Natəvana bəraət qazandırdınız”- dedi.

İlyas Əfəndiyev Heydər Əliyevin deyə bilmədiklərini yazırdı. Lakin bu həqiqətləri də yazmaq üçün İlyas Əfəndiyevə bir arxayınlıq lazım idi, ona bu tamaşaları göstərməyə, tariximizi sətiraltı insanların şuruna və yaddaşına yeritməyə meydan lazım idi.  O dayaq Heydər Əliyevv idi. İlyas Əəfəndiyevi hər zaman kənar sovet təsirlərindən, böhtanlarından , şərlərindən qorudu.

İlyas Əfəndiyevin ömrünün əvvəli məşəqqətli olsa da, ömrünün sonu bəxtiyar keçdi. O əsərlərində tərənnüm etdiyi Azad Azərbaycanı gördü. Bir də insan onda xöşbəxt olur ki, özündən sonrakı xələfləri onun irsinə, nəslinə sadiq olub, damla-damla yığıb böyütdüyü hörmətini, ad -sanını qorusunlar. İlyas Əfəndiyevin övladları atalarının yoluna sadiq qaldılar. Elə İTV-nin istehsalı olan “İlyas Əfəndiyev və üç Qarabağnamə” sənədli filminin ideya müəllifi də   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentiz, İlyas Əvəndiyevin nəvəsi  Günay Əfəndiyevadır. Genay xanım filmi ərsəyə gətirənlərə minnətdarlığını belə çatdırdı:

“Bu ekran əsəri təkcə İlyas Əfəndiyevə həsr olunmayıb, eyni zamanda, Qarabağın böyük simalarını bizə yenidən xatırladır. Xurşidbanu Natəvanı, Süleyman Sani Axundovu, Yusif Vəzir Çəmənzəminlini, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəylini, Fikrət Əmirovu, Niyazini, Xan Şuşinskini, Seyid Şuşinskini, Bülbülü, Rəşid Behbudovu və digər adını çəkmədiyim görkəmli simaları yad edirik. Bunların hər biri Qarabağın simvollarıdır. Arzu edirəm ki, Şuşada, Cıdır düzündə Üzeyir Hacıbəylinin Koroğlu operasından “Uvertüra” səslənsin, Natəvanın şeirləri oxunsun”.

Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17.02.2019, 15:33

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
17.02.2019, 15:19

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
17.02.2019, 15:00

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
17.02.2019, 14:41

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17.02.2019, 14:25

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
17.02.2019, 14:12

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama

17.02.2019, 14:00

"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
17.02.2019, 13:47

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
17.02.2019, 13:32

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”
17.02.2019, 13:03

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...   
17.02.2019, 12:47

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...  

Əmanətlərlə bağlı mühüm dəyişiklik
17.02.2019, 12:30

Əmanətlərlə bağlı mühüm dəyişiklik

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.2019, 12:17

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb   
17.02.2019, 12:02

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb  

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  
17.02.2019, 11:54

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI   
17.02.2019, 11:38

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI  

Qobustanda zəncirvari qəza - xəsarət alan var
17.02.2019, 11:20

Qobustanda zəncirvari qəza - xəsarət alan var

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
17.02.2019, 11:05

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
17.02.2019, 10:53

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ

Gözlər yoldan yığılarmı... - VII YAZI    
17.02.2019, 10:50

Gözlər yoldan yığılarmı... - VII YAZI   

Şahzadə
17.02.2019, 10:44

Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir

“Barselona” “Real”a qalib gəldi   
17.02.2019, 10:33

“Barselona” “Real”a qalib gəldi  

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
17.02.2019, 10:20

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir

Sumqayıtda mağaza yanıb
17.02.2019, 10:07

Sumqayıtda mağaza yanıb

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
17.02.2019, 09:56

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq

Ermənilər 7 rayonumuzu atəşə tutublar 
17.02.2019, 09:45

Ermənilər 7 rayonumuzu atəşə tutublar 

Putin və Makron Suriya məsələsini müzakirə etdilər
17.02.2019, 09:30

Putin və Makron Suriya məsələsini müzakirə etdilər

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
17.02.2019, 09:15

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Fətullah Gülən həbs edilib - İDDİA
17.02.2019, 01:12

Fətullah Gülən həbs edilib - İDDİA

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı
17.02.2019, 00:57

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı

Parisdəki aksiyada 26 nəfər saxlanıldı
17.02.2019, 00:24

Parisdəki aksiyada 26 nəfər saxlanıldı

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
17.02.2019, 00:06

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
16.02.2019, 23:55

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
16.02.2019, 23:50

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
16.02.2019, 23:34

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR

Bakı metrosunda bıçaqlanma 
16.02.2019, 23:20

Bakı metrosunda bıçaqlanma 

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
16.02.2019, 23:04

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ   
16.02.2019, 22:48

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ  

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
16.02.2019, 22:43

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
16.02.2019, 22:30

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyunduVİDEO

Şəmkirdə yeniyetmə bıçaqlandı
16.02.2019, 22:12

Şəmkirdə yeniyetmə bıçaqlandı

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
16.02.2019, 21:54

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu   
16.02.2019, 21:41

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu  

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
16.02.2019, 21:35

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ

“Şair olmaq bədbəxtçilikdir”   
16.02.2019, 21:25

“Şair olmaq bədbəxtçilikdir”  

Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı
16.02.2019, 21:23

Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı

Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR   
16.02.2019, 21:20

Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR  

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi   
16.02.2019, 21:15

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi  

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO
16.02.2019, 21:07

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO

Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı
16.02.2019, 20:51

Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı

ARXİV