Modern.az

Putin: “Skripal vətən xaini və əclafdır”

Putin: “Skripal vətən xaini və əclafdır”

3 Oktyabr 2018, 16:55

Rusiya prezidenti Vladimir Putin Baş Kəşfiyyat İdarəsinin (QRU) eks-polkovniki Sergey Skripalın “sadəcə əclaf” olduğunu bildirib.

 

Modern.az "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə energetika həftəsində danışan Rusiya prezidenti onun vətənə xəyanət etdiyini vurğulayıb.

 

“Skripallara gəldikdə isə bu qalmaqal süni şəkildə şişirdilir. Mən bəzi informasiya mənbələrinə baxıram, sizin əməkdaşlarınız onu bir hüquq-müdafiəçisi kimi tanıtdırmağa çalışırlar. O, sadəcə casusdur, vətənə xəyanət edən casus. Bilirsiniz belə bir anlayış var – vətən xaini” – Putin bəyan edib.

 

Putin həmçinin onun “sadəcə əclaf” olduğunu qeyd edərək, Skripalın ətrafındakı bu qalmaqalın tez bitməsinin yaxşı olacağını vurğulayıb.


Qeyd edək ki, Rusiya QRU-nun keçmiş zabiti Sergey Skripal Mark Urbanın onun haqda yazdığı “Skripal sənədləri” kitabında “Putindən qorxuruq” deyə ibildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər