Modern.az

“Oğraş”

“Oğraş”

3 Oktyabr 2018, 22:51

Mahir Qabiloğlu


Gecə saat 12-dir. Öz otağımdayam. Damağımda siqaret, tüstülədə-tüstülədə, notbuku dizimin üstünə qoyub qızlarla məktublaşıram. Söhbətin pik nöqtəsində anam qapını açır:

–      A bala, atan işdən gəlib. İndi baxıram ki, çörək yoxdur. Uşaqlar yeyib hamısını. Qıymıram atana deməyə. Bir sutkadır ki, mədəndə növbədədir. İt yorğunudur.  Bacılarını isə gecə yarısı eşiyə buraxa bilmərəm.Get məhlə dükanından bir dənə çörək al gəl.

–      Ay ana, 1-ə işləyib e... Bir təhər keçinsin, səhər alaram da... Ya da vermişeldən, makarondan dəmlə, çörəyi əvəz etsin.

–      Ay bala, gül kimi parça-bozbaş bişirmişəm. Heç makaronun, vermişelin yeridir?

–      Ay ana, ətindən seç, qara kimi qoy vermişelin üstünə. Qoca kişidir də... Yeyəcək.

Anam heç nə demir. Ah çəkib qapını örtür.

 *** 

Ertəsi  gün. Yenə otağımdayam. Gecə 1-in yarısıdır. Feysbukda qızları bişirirəm. Siqaretin dəmi gəlir. Əlimi siqaret qutusuna atıram. Boşdur. Durub əynimi geyinirəm. Qapıdan çıxanda atam səsə  gəlir:

–      A bala, gecənin bu vaxtında hara gedirsən?

–      Ata, siqaretim qurtarıb. Dükana dəyib gəlirəm.

Atam dinmir. Dəmir qapını arxamca bağlayır. Qapının arxasından isə aydınca eşidirəm: “OĞRAŞ!”

 

2018

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir