Modern.az

ABŞ Çinlə Rusiyanın hərbi uğurlarını qısqanır

ABŞ Çinlə Rusiyanın hərbi uğurlarını qısqanır

4 Oktyabr 2018, 10:44

Rusiya və Çinin hipersəs raketlərinin uğurlu sınaqlarını keçirməsi fonunda ABŞ da bu sahədə tədqiqatları gücləndirib.

 

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Pentaqon hipersəs silahını təyin olunmuş müddətdən tez sınaqdan keçirməyə söz verib.

“Bizdən gözləniləndən daha əvvəl və tez-tez uçmağa (raketlərin sınaqlarını həyata keçirməyə) başlayacağıq” – ABŞ müdafiə nazirinin müavini Patrik Şanaxan jurnalistlərə bəyan edib.

 

Onun sözlərinə görə hazırda nazirlik bunun üçün lazım olan vəsaitin hesablarını aparır.

Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ müdafiə nazirinin tədqiqatlar üzrə müavini Maykl Qriffin ölkəsinə bu silahın azı 20 milyard dollara başa gələcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir